“Mahnımın sonunda muğam oxuyacam” - Çingiz türk mediasında
- 02.05.2019, 15:54,
- Şou
- Baxılıb: 243
Facebook
Вконтакте
Одноклассники
Google+
Xoreoqrafiya, vokal və səhnə tam istədiyim kimi oldu. Həyəcanlanmasam, potensialımı göstərə bilsəm, qardaşlarımızın dəstəyi ilə bu il "Eurovision"un qalibi Azərbaycan olacaq.
BEŞ.AZ axşam.az-a istinadən bildirir ki, bu sözləri "Eurovision 2019" təmsilçimiz Çingiz Mustafayev türk mediasına müsahibəsində deyib.
O, üç aydır ciddi hazırlaşdığını bildirib:
"Məncə, "Eurovision" indiyədək belə şou görməyib. Türklərdən dəstək gözləyirəm. Dünyanın hər yerindədirlər. Mənə dəstək olsalar, qalib gələndə türk bayrağını dalğalandırmaq istəyirəm. Türk dünyasını təkcə mən təmsil edirəm. Çox həyəcanlıyam, mahnımın sonunda muğam oxuyacam. Bu, Azərbaycan və Türkiyə musiqisini ən az 300 milyon insana çatdırmaqdır və gözəl hisslərdir".