Ayan Babakişiyeva həmkarlarını XƏSİS ADLANDIRDI — VİDEO

  • 16.05.2019, 14:54,
  • Şou
  • Baxılıb: 341
Ayan Babakişiyeva həmkarlarını XƏSİS ADLANDIRDI — VİDEO



ARB TV-nin "Show news" verilişinin növbəti müsahibi müğənni Ayan Babakişiyeva olub.
Sonxeber.az "BEŞ.AZ "a istinadən xəbər verir ki, müğənni bəzi şou nümayəndələrinin xəsis olmalarından danışıb:

"Çox müğənnilərimiz var ki, saçlarına fen çəkdirirlər və 3 gün eyni çəkilişə, yaxud başqa yerə gedirlər. O adam həmişə elə görünəcək, kirlilik onun üstündə bəlkə də olacaq. Mən öz təbii gözəlliyimi itirmək istəmirəm, çünki hələ ki, gəncəm. Nə qədər ki, sadə vizaj edirsən, o qədər də gözəl olursan. Tövsiyyə edərdim ki, müğənnilərimiz, aparıcılarımız, modellərimiz sadəliyi seçsinlər. Salona, geyimə xərclənən pula görə xəsislik etməsinlər. Çünki biz tamaşaçı qarşısına çıxırıq. Bu özümüzə və qarşı tərəfə,

bizi izləyənlərə olan hörmətimizdir".


Mədəniyyət