Ən güclü smartfon təqdim edildi

  • 24.04.2019, 19:02,
  • Sosial
  • Baxılıb: 300
Ən güclü smartfon təqdim edildi


Çində “Qualcomm Snapdragon 855” prosessoru, 6/8/12 giqabayt operativ yaddaş və dörd moduldan ibarət əsas kamera ilə təchiz edilən “Lenovo Z6 Pro” smartfonunun təqdimatı keçirilib.

BEŞ.AZ” “ICTnews”a istinadən xəbər verir ki, fotoçəkiliş zamanı kameranın təsvir ölçüsü 48 meqapiksel təşkil edir, video rejimində isə bu göstərici “4K” formatına çatır. Damcıvarı şəkildə (yeni bazar standartı) quraşdırılan ön kamera 32 meqapiksel təsvir ölçüsünə malikdir.

6,39 düym diaqonallı “AMOLED” ekran 2340x1080 piksel (FullHD ) təsvir ölçüsünü dəstəkləyir və nəm barmaqları da tanıyan quraşdırılmış daktiloskopik skaner ilə təchiz olunub.

“ZUI 11” proqram təminatlı “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Lenovo Z6 Pro” modelinin quraşdırılmış yaddaş tutumu 128, 256 və 512 giqabayt təşkil edə bilər. 4000 milliamper/saat tutumlu akkumulyator sürətli enerjidoldurmanı dəstəkləyir.

Satışına aprelin 29-dan etibarən başlanacaq “Lenovo Z6 Pro” smartfonunun 6/128 yaddaş tutumlu versiyasının qiyməti 2899 yuan (təxminən 431,55 dollar) təşkil edəcək. 8/128, 8/256 və 12/512 giqabaytlıq versiyaların qiyməti isə müvafiq olaraq 446, 565 və 743 dollara bərabər olacaq.
Mədəniyyət