Canlı yayımda hakimin qarnı ağrıdı və olanlar oldu. Video
- 01.05.2019, 10:24,
- İdman / Video
- Baxılıb: 364
Facebook
Вконтакте
Одноклассники
Google+
Futbol üzrə Portuqaliya çempionatının XXXI turunda autsayderlərdən sayılan “Şaviş” və “Nasional” komandaları arasında keçirilmiş görüşdə maraqlı hadisə baş verib.
BEŞ.AZ xəbər verir ki, 56-cı dəqiqədə baş hakim Luiş Qodinyu matçı saxlayıb.
Buna səbəb onun köməkçisi Jorje Kruzun qarnının ağrıması olub. Laynsman hakimlər briqadasının paltardəyişmə otağının açarını alaraq tualetə gedib.
Onun qayıtması təxminən iki dəqiqə çəkib. Yan xətt hakimi meydançaya daxil olarkən klub həkimlərindən birindən qarınağrısı dərmanı almağı da unutmayıb.
Daha bir gülməli hadisə isə baş hakimin köməkçisinə zarafatla qırmızı vərəqə göstərməsi olub.