İkinci yürüşünün üçlüyü müəyyənləşdi
- 26.04.2019, 19:20,
- İdman
- Baxılıb: 385
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşünün ilk üçlüyü müəyyən olunub.
BEŞ.AZ-in məlumatına görə, yürüş nəticəsində “Ferrari” komandasının pilotu Çarles Lekler 1-ci, “Ferrari” komandasının digər pilotu Sebastian Fettel 2-ci, “Mercedes” komandasının pilotu Luis Hamilton isə 3-cü yerdə qərarlaşıb.Qeyd edək ki, ikinci sərbəst yürüşdə “Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, “Ferrari”də Sebastian Fettel, Çarles Lekler, “Williams”ın heyətində Corc Russell və Ronert Kubitsa yarışırlar.
“Red Bull Racing” komandasında Ryer Qasli, Maks Ferstappen, “Raching Point”də Serxio Peres və Lens Stroll, “Renault”da isə Niko Hulkenberq ilə Daniel Rikkardo mübarizə aparırlar. Bundan başqa, “Toro Rosso”nun heyətində Aleksandr Albon və Daniil Kvyat, “Alfa Romeo”də Antinio -Covinatsi, Kimi Raykonnen, “McLaren”də Lando Norris və Karlos Sayns yürüşdə iştirak edirlər. Pilotlar Roman Qrojan və Kevin Maqnussen isə “Haas” komandalarını təmsil edirlər.