Qızarmış çörək sevirsiniz? - Dəhşətli xəstəliyə səbəb ola bilər
- 25.04.2019, 20:34,
- İdman
- Baxılıb: 240
Facebook
Вконтакте
Одноклассники
Google+
Son zamanlarda aparılan araşdırmalar nəticəsində məlum olub ki, çox xırt-xırt bişmiş qidaların xərçəngə səbəb olması məlum olub. Bu qidalara çox bişmiş un məmulatları, kartof qızartması, qızarmış tost və qovrulmuş bütün qidalara aid edilə bilər.
BEŞ.Az medicina.az-a istinadən bildirir ki, laboratoriya şəraitində aparılan araşdırmalara görə, tərkibində nişasta olan qidaların uzun müddət yüksək temperaturda bişməsi akrilamid maddəsinin yaranmasına səbəb olur. Akrilamid maddəsi Dünya Sağlamlıq Təşkilatı tərəfindən "kanserogen maddə" olaraq tanınır.
Tərkibində nişasta olan qidaların bişirilən zaman tərkibində olan akrilamid maddəsinin səviyyəsi dəfələrlə artır.
Bu maddə həmçinin də işlənmiş ətlərin yəni kolbasa və kolbasa məhsullarının tərkibində də çox miqdarda mövcuddur.