Rusiyada çayda batan şəxsin kimliyi bilindi - Meyiti Azərbaycana göndərilir
- 13.05.2019, 18:49,
- Hadisə
- Baxılıb: 413
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya Federasiyasının Başqırdıstan Respublikasında çayda batan azərbaycanlı gəncin meyiti tapılıb.
Beş.az xəbər verir ki, bu barədə Trend-ə Başqırdıstan Respublikasında Azərbaycan diasporunun sədri Mirzə Dadaşov məlumat verib.
Onun sözlərinə görə, çayda batan şəxs Başqırdıstanın Ufa şəhərinə işləməyə gəlibmiş. Ölən şəxs subay olub və işləmək üçün sənədi də olmayıb:
"Şamaxı rayonundan olan həmyerlimiz 1995-ci il təvəllüdlü Məmmədov Elşən Nuhməmməd oğlu may ayının 11-də Ağ çayda boğularaq ölüb. Axtarışlardan sonra onun meyitini ötən gün tapmaq mümkün olub. Hazırda meyit morqdadır, yaxın vaxtlarda Azərbaycana, ailəsinə təhvil verilməsi üçün göndəriləcək"