Bakıda ər başqa kişi ilə gecələyən arvadını öldürdü

  • 26.04.2019, 19:46,
  • Hadisə
  • Baxılıb: 241
Bakıda ər başqa kişi ilə gecələyən arvadını öldürdü


Bakıda başqa kişi ilə görüşdüyü üçün qətlə yetirilən qadının görüntüləri yayılıb.

BEŞ.AZ turkustan.info-ya istinadən xəbər verir ki, Salyan rayon sakini Anar Yusifov həyat yoldaşı Kifayət Yusifovanın telefonunda başqa kişi ilə olan fotolarını tapıb. Bundan sonra onu boğaraq öldürüb.

Anar Yusifovun sözlərinə görə, arvadı telefonun kodunu ona vermək istəməyib və evdən qaçıb. Bir gün onu axtaran ər sonradan qadını evə qayıtmağa razı sala bilib.

Həyat yoldaşından görüşdüyünü, kişinin evində gecələdiyini soruşanda isə Kifayət ona "Mən azad qadınam nə istəsəm edərəm" deyə cavab verib.

Bundan sonra Anar onu boğaraq öldürüb və Salyandakı qohumlarına zəng edərək Kifayətin qəfil öldüyünü deyib. Onlar meyiti birgə rayona apararaq qəbristanlıqda dəfn ediblər.
Mədəniyyət