Bakıda meymun onunla şəkil çəkdirən gəncin qulağını qopardı

  • 15.05.2019, 09:48,
  • Hadisə
  • Baxılıb: 249
Bakıda meymun onunla şəkil çəkdirən gəncin qulağını qopardı



Bakıda şəkil çəkdirmək istəyən şəxsin qulağını meymun dişləyib. Hadisə Nizami küçəsində baş verib.

Beş.az ONA-ya istinadla verdiyi məlumata görə, 23 yaşlı Məmmədov Emil Şamxal oğlu meymunla şəkil çəkdirib. Bu zaman meymun onun sol qulağını dişləyərək bir hissəsini qoparıb.

Yaralı gənc 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun qulağı cərrahi əməliyyatla tikilib.
Mədəniyyət