Günün qoroskopu:Aktiv olun, tənbəllik etməyin

  • 25.04.2019, 10:34,
  • Gündəm
  • Baxılıb: 297
Günün qoroskopu:Aktiv olun, tənbəllik etməyin




Beş.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - hisslər və hissiyat günüdür. İntuisiyanızı işə salın, yaşamınızdakı qəfil dəyişiklikləri anlamağa çalışın.

Bu yeniliklərin perspektivdə işlərə təsir miqyasını dəyərləndirməyə cəhd göstərin. Gərgin təmaslar, emosiyalı ünsiyyət, xoşagəlməz hadisələr anlaşılmazlıq yarada bilər. Amma bütün bunlarla yanaşı, fikirlərinizi dürüst istiqamətə yönəldin və problemləri tədricən həll edin.

Yeni simalar görmək üçün müxtəlif yerlərdə olun. İnformasiya arayırsınız, amma sırf praktik məqamlarla maraqlanın.

Axşam saatlarında yaxşıca dincəlin, sabahkı günə hazırlaşın. Çünki sabah gün asan olmayacaq.

Buğa - nəticənin bütünlüklə sizdən asılı olduğu gündür. Cari işlərlə məşğul olun, böyük planlar qurmayın. Rutin proseslər sizi usandırsa belə, kəmhövsələlik etməyin. Tənbəlliyə və ətalətə, süstlüyə və apatiyaya qapılmayın. Aktiv olun.

Hisslərlə yaşam arealınızı qaydaya salın, məkanı və emosiyaları pozitiv yeniliklər üçün təmizləyin.

Axşam saatlarında xoş ünsiyyət günün yorğunluğunu unutdurar.

Əkizlər - seçim və konkret qərar günüdür. Perspektivləri müəyyənləşdirin, addımlarınızı tərəfdaş və ya şəriklə razılaşdırın. İmkanlar genişlənir. Lakin indi gördüyünüz və ya sizə təklif olunan işi bəyənməsəniz də, daha çox xaosun yaranmasının səbəbkarı olmayın.

Əksinə, işləri sistemləşdirin, gərəksiz nəsnə və ünsürlərdən qurtulun, əməllərinizi və istəklərinizi yerbəyer edin. Belədə hisslərdə də aydınlıq yaşanacaq.

Baş verənlərə dərhal, tələsik qiymət verməyin. Tənqidə qapılmayın, indiyədək demədiyiniz sözləri yaxın insana söyləməyin. Yaşananları məntiqlə dəyərləndirməyə emosiyalar mane ola bilər. Münaqişə yaranmamalıdır.

Axşam saatları ev işləri, ailə ünsiyyəti üçündür.

Xərçəng - rəvan gündür. Günün ilk yarısında təcili işləri müəyyənləşdirin, ilk növbədə onlarla məşğul olun. Mühüm nüansların diqqətdən yayınmasına imkan verməyin.

Təmkinli, soyuqqanlı olun, emosiyalara qapılmayın. Sonrakı peşmançılıq hissinin yaranmaması üçün düşünülmüş addımlar atın.

Səhhətinizə fikir verin. Sizə uyğun və əlverişli olan profilaktika variantlarından birini gerçəkləşdirə bilərsiniz.

Gün bol təəssüratlar vəd edir. Mühüm mövzulardan birini inkişaf etdirmək üçün təməl hazırlayın.

Şir - yaxşı gündür. Əla formadasınız və hadisələrin ritmindən, intensivlik və sayından bəhrələnə bilərsiniz. Hər şey sürətlə dəyişir, yaxın ətrafınızdakı insanlar təmaslara hazırdır. Emosiya və dəyərləndirmələrinizdə sayıq olun.

Narazı qaldığınız məsələlərdən qurtulmaq və yeni planlarınızın təməlini qoymaq üçün əlverişli vaxtdır. Şansdan yararlanın, ətalətli olmayın, hadisələri öz məcrasına buraxaraq laqeyd müşahidəçi olmayın.

Günün ikinci yarısında baş verəcək hadisələr sizi təbdən çıxararaq qıcıqlandıra bilər. Ənənəvi dəyərlərə yenidən baxış və ya konkret nəticənin əldə olunması - sonuc sizdən asılıdır.

Aktiv olun. Qüvvənizi dəyərləndirin, istənilən söz və ya hərəkətinizin sonrakı əks-sədasını təxminləməyə çalışın.

Qız - gələcək günlərin bünövrəsinin qoyulduğu vaxtdır. Yeni işlərə mənəvi və fiziki baxımdan hazırlaşın. Sizdə razılıq hissi yaradan işlərdə çalışın, amma tapşırıq və göstərişləri də unutmayın. Yaxın insanlarla ünsiyyətdə diqqətli olun.

Dayanıqlı münasibətləri emosiyalar və qıcıqla imtahana çəkməyin.

Səhhətinizi unutmayın. Açıq havada gəzinti məsləhətdir.

İzafi çəki probleminiz varsa, bu gün tamahınızın öhdəsindən gəlin. Fiziki yükü artırın.

Tərəzi - çətin gündür. Gözləntiləriniz miqyaslı olmasın. Təşəbbüs və ideyanız tərəfdaş, iş yoldaşı və ya şərikiniz tərəfindən qəbul olunmur. İstənilən işdə yalnız öz qüvvənizə və imkanlarınıza bel bağlayın.

Ciddi, qəti addım atmaq üçün münasib gün deyil. Əlavə gərginlik olmadan çalışın, qayğıların sayını azaltmağa çalışın.

Axşam saatlarında istirahət edin, ev işləri ilə məşğul olun. Qonaq getmək olar.

Heç nəyi mürəkkəbləşdirməyin. Amma sizin üçün önəmli olan insanlarla ünsiyyətdə yaranan mühüm anlardan da yan keçməyin.

Çoxdan bəri diqqət izharınızı gözləyən insanı yada salın.

Əqrəb - aydın gündür. Başqalarının səhvlərini yaxşı görürsünüz, amma öz yanlışlıqlarınızı da sezməyə, anlamağa çalışın. Sizinlə yeni ritmdə çalışmaq istəməyən insana qarşı iddialarla çıxış etməyin.

Günün ilk yarısında ifrat intensivliklə çalışmayın. Pozitiv ola biləcək xəbərlər istisna deyil. Lakin stresslər, əlavə yük, tapşırıq və iş də istisna deyil. İndi olmasa da, yaxın perspektivdə genişmiqyaslı iş vəd edən olaylar yaşanır.

Yaranan problemləri həll etmək üçün həll yollarını arayın, fikir və ideyalarınızı qaydaya salın. Ehtiyac varsa, yarımçıq qalmış işi bərpa edərək başa çatdırın.

Görüşlərdən birində səslər yüksələ bilər. Çalışın, boş söhbətlərə və mənasız mübahisələrə vaxt ayırmayın. Yanınızdakı insanların da vaxtlarını işə sərf etməsinə can atın.

Oxatan - hadisələrin ildırım sürətilə yaşanacağı gündür. Baş verənləri anlayırsınız, amma bir sıra məqamlar sizi gərginlikdə saxlayır.

Yeni ideyaları reallaşdırmağa tələsməyin. Hətta yeni mərhələyə hesablanmış planlar belə, çətinliklərlə qarşılaşa bilər. Malik olduğunuz ünsürlərlə məqamları dəyərləndirin.

Aktiv olun, tənbəllik etməyin.

Fəal iş və gərgin çalışmaq günün sonunda uğurlu nəticə ilə başa çata bilər. Ötən həftədən bəri yığılıb qalan stresslərdən qurtulmağa çalışın.

Yardıma ehtiyacı olan insana kömək edin. Şəxsi işlərinizdən birini sürəkli təxirəsalmalardan qurtarın.

Oğlaq - yaxın bildiyiniz insanlar üçün gördüyünüz işlər uğurla başa çatacaq. Xüsusi diqqət və məsuliyyət tələb edən sahələrdə sayıq olun, səhvlərə yol verməməyə çalışın.

Tələsməyin, kəmhövsələlik etməyin, işlərinizdə və sizi əhatə edən məkanda qayda yaradın.

Sözləriniz və işləriniz estetik komponentli olsun.

Təmasları və ünsiyyəti elə seçin ki, onlar sizə yük olmasın. Yaşamınızda baş verən və ilk baxışdan sırf təsadüf təsiri bağışlayan hadisələri təhlil edin.

Mümkün problemləri əvvəlcədən təxminləməyə, onları ilkin mərhələdə həll etməyə çalışın.

Dolça - asan, kommunikasiyalar yaratmağın əlverişli olduğu bir gündür. Yaxın ətrafınızdakı insanlarla ünsiyyət qurmaq çətin olmayacaq.

Lakin həmsöhbətinizin emosional durumunun incəliklərinə və təfərrüatlarına fikir verin. Əks təqdirdə iddialarla, tələbkarlıqla qarşılaşacaqsınız. Çoxsaylı tapşırıqlar və ən başlıcası mənasız məsləhətlərdən qurtulmaq üçün bütün vaxtınızı işə sərf edin.

Yaradıcılıq, ünsiyyət, həmfikirlərlə söhbət üçün yaxşı gündür. Hərəkətdə olun, məlumat arayın.

Alış-veriş üçün düşərli vaxtdır. Hobbi və maraqlarınız üçün gərəkli əşyaları ala bilərsiniz.

Balıqlar - maliyyə məsələlərindəki anlaşılmazlıq və qeyri-müəyyənlik indi sizi ciddi narahat edir. Hansısa məsələ ilə bağlı qayığlar çoxdursa, bu mövzunu inkişaf etdirməkdə əmin deyilsinizsə - məsələdən, ümumiyyətlə, imtina edin.

Bu imtinadan sonra hansısa başqa məsələdə inkişaf istisna deyil.

Planlarınız və gözləntilərinizdən asılı olmayan kənar siqnallar diqqət yetirməli olduğunuz məqamı göstərəcək. Ən müxtəlif hadisələr, ən fərqli sürətdə yaşanacaq olaylar mümkündür.

Şəxsi məsələlərdə soyuq məntiqi bu gün unudun, ürəyinizin hökmünə qulaq asın.
Mədəniyyət