Bakıda "popkorn" satan uşaqla bağlı - ŞAD XƏBƏR

  • 10.05.2019, 11:27,
  • Gündəm
  • Baxılıb: 299
Bakıda "popkorn" satan uşaqla bağlı - ŞAD XƏBƏR


Bu günlərdə Beş.azMəclisin deputatı Rasim Musabəyov "Azneft" meydanı ərazisində yerləşən yeraltı keçiddə küçə ticarəti ilə məşğul olan yeniyetmə ilə bağlı etiraz edib. Nəticədə həmin "popkorn" satan yeniyetmə keçiddən uzaqlaşdırılıb. Deputatın bu hərəkəti ictimaiyyət tərəfindən böyük narazılıqla qarşılandı.

Beş.az xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Oxu.Az-a bildirib ki, məsələ nəzarətə götürülüb:

"Bir neçə gündür "Azneft" meydanının yaxınlığındakı keçiddə "popkorn" satan yeniyetmə ilə bağlı geniş müzakirələr aparılır. Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə həmin gənci tapdıq.

Aydınlaşdırdıq ki, Seyfullayev İsrafil Vüqar oğlu 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 17 yaşı var. 2017-ci ildə IX-cu sinfi, icbari təhsil mərhələsini bitirib. Hazırda təhsil almır, Binəqədi rayonunda yaşayır.

Əmək Məcəlləsi hər bir kəsə 15 yaşından sonra işləmək hüququ verir. İsrafilin arzusuna uyğun olaraq ona peşə məktəbinə qəbul olunması üçün təklif ediləcək".

Xatırladaq ki, R.Musabəyov "Azneft" meydanındakı yeraltı keçiddə uşağın popkorn satmasını qınamışdı:

"Bakılıları və şəhərin qonaqlarını sevindirmək üçün dövlətin milyonlarla manat vəsaitinin xərcləndiyi popkorn satıcısı həyasızcasına yerləşib və yanıq qoxusu ilə bütün ətrafı iyləndirib. İcazəsiz işləyir, dövlətin elektrik enerjisindən pulsuz istifadə edir, vergi ödəmir. Bakılıları zəhərləməmək və bizi qonaqlar qarşısında biabır etməmək üçün kim tədbir görəcək?"

Rasim Musabəyovun əksinə, digər millət vəkili Aydın Mirzəzadə bu yanaşmadan narazı qalaraq "O uşağı oradan aparatı ilə çıxarmaq yox, ona paltar və məktəb ləvazimatı alıb məktəbə yönləndirmək, ailəsinə isə iş tapmaqda kömək etmək lazım idi",- deyə bildirmişdi.
Mədəniyyət