Gəmidəki yanğında xəsarət almış şəxslərin son vəziyyəti
- 09.05.2019, 19:18,
- Gündəm
- Baxılıb: 233
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəzər dənizində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində baş verən yanğın nəticəsində Mərkəzi Neftçilər Xəstəxanasına gətirilən xəstələrdən 7 nəfərin vəziyyəti ağır olaraq qalır.
Sonxeber.az-ın məlumatına görə, bunu xəstəxananın reanimotoloqu Aybəniz Nəbiyeva deyib.
Onun sözlərinə görə, hazırda reanimasiyada olan həmin 7 nəfərdən 3-nün vəziyyəti daha kritikdir: "3 nəfərin bədəninin 40 faizi və nəfəs boruları yanıb. Vəziyyəti kritik olanların 3-ü də xarici ölkə vətəndaşlarıdır. Digər xəstələrin isə vəziyyəti orta ağırdır. Xəstələrin bəzilərinin vəziyyəti normal olandan sonra evə buraxıla bilər".
Qeyd edək ki, ötən gün təqribən saat 18:30 radələrində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb, yaralılar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Onlardan 1-i evə buraxılıb, qalan 13 nəfərdən 7-si reanimasiya şöbəsinə, 6 nəfər isə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib.