Azərbaycanda yaşıl enerji saxlanc sistemləri üzrə həcmlərin 6 dəfə artırılması təşəbbüsü irəli sürülüb

  • 14.12.2024, 13:00,
  • Gündəm
  • Baxılıb: 4
IMG

Sənaye hər bir ölkənin və cəmiyyətin inkişafının başlıca amillərindən biridir. Ümumi dayanıqlı inkişaf perspektivliyi baxımından təhlükəsizlik məsələləri xüsusi aktuallıq kəsb edir.

Bu sözləri Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev “Sıfıra doğru” şüarı ilə keçirilən Sənaye Təhlükəsizliyi Zirvəsində deyib.

O vurğulayıb ki, ölkəmizdə bərpaolunan enerji mənbələrinin inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirilir.

“Əsas 3 layihəmiz var. İlk layihəmiz 2027-ci ilin sonuna qədər başa çatmalıdır. İlk mərhələdə, 2027-ci ilin sonuna qədər təxminən 2 giqavata yaxın bərpaolunan enerji mənbələrinin şəbəkəyə qoşulması nəzərdə tutulub. İkinci mərhələdə isə 3 enerji sahəsində bizim təşəbbüsümüz var idi. Onlardan xüsusilə yaşıl enerji zonaları və yaşıl dəhlizləri qeyd etmək istəyirəm. Həmçinin bizim 2 təşəbbüsümüz də var ki, onlardan biri saxlanc sistemləri üzrə həcmlərin 6 dəfə artırılması, digəri isə idarə strategiyamızın tətbiqidir”, - deyə C.Abdullayev vurğulayıb.

Cavid Abdullayev əlavə edib ki, sahibkarlar üçün cəlbedici olan aktiv istehlakçıların dəstəklənməsi məsələlərindən də müsbət nəticələr əldə edilib. Onun sözlərinə görə, Azərbaycan üçün xüsusi maraq kəsb edən geotermal potensialı üzrə həyata keçirilən tədbirlər də sənaye mövzusundakı iclasların gündəliyində xüsusi yer tutur.

Mədəniyyət