Qazaxda narkokuryer saxlanılıb

  • 23.09.2024, 13:10,
  • Gündəm
  • Baxılıb: 35
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş Azər Əliyev saxlanılıb. Ondan 2 kq-a yaxın çəkidə marixauana, metanfetamin və heroin aşkar edilib.
Araşdırmalar zamanı müəyyən edilib ki, A. Əliyev ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Qazax rayon ərazisində gizlədilən narkotiki öz istifadəsi, eləcə də satış üçün əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində həyata keçirdiyini bildirib.
Faktla bağlı Qazax RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Mədəniyyət