Müasir dövürdə Milli Təhlükəsizliyin əsasları

  • 13.05.2024, 10:32,
  • Gündəm
  • Baxılıb: 174
Müasir dövürdə Milli Təhlükəsizliyin əsasları


Məsum Kamal oglu Əliyev
Kürdəmir rayon Karrar kəndi ailə-saglamlıq mərkəzinin bölmə müdiri


Milli Təhlükəsizlik dedikdə ilk növbədə Dövlət Təhlükəziliyi ön plana keçir. Müasir dövür dünya nizamının pozulması, milli-etnik dini zəmində qarşı durmaların olması, “böyük güclərin”, şitdətli mövqe mübarizəsi, sürətlə silahlanma, dövlətlər arasında quruplaşma ilə xarakterizə olunur. Dövlət Təhlükəsizliyi bütün dövlətin özünün beynəlxalq aləmdə sülh, dinc yaşaması bir birinin daxılı işlərinə müsbət mənada qarışmamaq, qarşılıqlı fayda əsasında əməkdaşlıq, inkişafa, tərəqqiyə, daha yaxşı qələcəyə yönəlmiş təsəbbüslərə dəstək vermək, terorizmə, xüsusən beynəlxalq terorizmə qarşı fəal mübarizə aparmaq fəaliyyəti tələb olunur. Etnik köklərə bağlılıq, dini mənsubiyyətə sadiklik, qonşu dövlətlərlə isti, mexriban münasibət, milli təhlükəsizliyin əsas atrebutlarından sayılır.
Eyni zamanda irgi, etnik, dini ayrıseckiliyin bütün təzahürlərinə qarşı mübarizə dövlətin əsas vəzifələrindəndir. Multikülturalizminin dəstəklənməsi və himaya olunması, demokratik prinsipin ölkə daxilində və beynəlxalq aləmdə həyata keçirilməsi önəmlidir. Ekspenionizminin hər hansı formalarına dözülməzlik milli təhlükəsizliyin əsas elementlərindəndir.
Enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi həmin milli təhlüküzisliyin tərkib huissəsidir.

Müasir dövürdə Milli Təhlükəsizliyin əsasları


Xalqımızın dünyaşöhrətli dahi oğlu Heydər Əliyevin mənalı ömür yolu ədəbiyyat və incəsənətlə sıx bağlı olmuş, o, həqiqi sənətkarı zəmanəsinin və xalqının bədii həyat salnaməsinin yaradıcısı adlandırmışdır. 1997-ci ildə keçirilən Azərbaycan yazıçılarının X qurultayında ulu öndər demişdir: "Mən gənc vaxtlarımdan, həmişə uşaqlıqdan, ilk məktəb nümunələri oxuyandan ədəbiyyatı sevmişəm. Bu gün sizə deyə bilərəm ki, şəxsən mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum, onları bu gün də unutmamışam".
Ümumiyyətlə, Heydər Əliyev 1971-ci ildə çağırılmış Azərbaycan Yazıçılar İttifaqının V qurultayından başlayaraq bütün qurultaylarında fəal iştirak etmiş, dərin məzmunlu parlaq çıxışlarında, nitqlərində vətənə və xalqa məhəbbət ruhunda yazmağın, gözəl sənət əsərləri yaratmağın sənətkarlar üçün xoşbəxtlik olduğunu bildirmişdir. Əgər ədəbiyyatımızın tarixinə qısa nəzər salsaq, xüsusən də 1969-cu ildən sonrakı dövrü araşdırsaq, ulu öndərin xalqın mənəvi sərvəti olan ədəbiyyata, mədəniyyətə, eyni zamanda görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinə yüksək səviyyədə diqqət və qayğısını görərik.
Heydər Əliyev yaradıcı şəxsiyyətlərin, tanınmış elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin keçirilməsində, repressiya qurbanlarına bəraət verilməsində böyük işlər görmüşdür. Azərbaycan ədəbiyyatı və mədəniyyətinə saysız-hesabsız əvəzsiz xidmətləri ümummilli lider Heydər Əliyevin Vətənə, xalqa, onun mənəvi sərvətinə böyük qayğısının təcəssümü idi.
Ədəbiyyata bağlılıq onun çıxışlarında da açıq-aydın duyulurdu. Heydər Əliyevin gözəl natiqlik məharətinə, güclü yaddaşa sahib olması da onun ədəbiyyata bağlılığından qaynaqlanırdı. Müdrik siyasətçi ədəbi və tarixi prosesləri, müxtəlif problem və məsələləri şərh edərkən nitqindəki orijinallıq, sadəlik, səmimilik, aydınlıq, təsirlilik, təmizlik, söz və fikir dəqiqliyi onun məntiqli natiq olduğunu təsdiqləyirdi. Çıxışlarında, müsahibələrində bəzən gətirdiyi ədəbi nümunələr onun ədəbiyyatımıza, mədəniyyətimizə sonsuz sevgisinin göstəricisi idi.
Qafqaz Albaniyasının memarlıq sənətinin kompleks şəkildə öyrənilməsi də 70-ci illərə təsadüf edir. Həmin illərdə Şəki, Zaqatala, Mingəçevir, Şamaxı, Qəbələ və s. bölgələrimizdə aparılan tədqiqatlar nəticəsində həmin dövrə aid mədəni irsin öyrənilməsi və qorunması üçün müəyyən tədbirlər görüldü.

Müasir dövürdə Milli Təhlükəsizliyin əsasları


Tarix və mədəniyyət abidələri kimi xüsusi əhəmiyyətə malik olan "Heydər Əliyev" (1976-cı il) və "Gülüstan" (1970-ci illər) sarayları, Azərbaycan Respublikası Gənc Tamaşaçılar Teatrı (1980-ci illər), Azərbaycan Dövlət Rus Dram Teatrı (1970-ci illər), Dəniz vağzalı (1970-ci illər), Azərbaycan Respublikası Prezident Aparatı (1970-ci illər), Bakı Dövlət Sirki (1960-cı illər) kimi saysız-hesabsız tarixi binalar Heydər Əliyevin şəxsi təşəbbüsü ilə inşa olunmuşdur.
Həmin illərdə yeni tarix və mədəniyyət qoruqları da yaradıldı. Azərbaycanın əvəzsiz mədəni irsi olan İçərişəhərin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə Heydər Əliyevin xüsusi tapşırığı ilə Azərbaycan SSR Nazirlər Sovetinin 10 avqust 1977-ci il tarixli 280 nömrəli qərarına əsasən İçərişəhərin, eyni zamanda qədim Şuşanın, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun tarixi hissələri tarixi-memarlıq qoruğu elan olundu. 1981-ci ildə isə İsmayıllı rayonunun Lahıc qəsəbəsinin tarixi hissəsi də qoruq elan edildi.
Müstəqilliyin bərpasından sonra ölkə ərazisində mövcud olan abidələrin qorunması məsələsi də ön plana çəkildi. Belə ki, tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi və onlardan düzgün istifadənin təmin olunması məqsədilə qəbul olunmuş - 10 aprel 1998-ci il tarixli "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" və 6 fevral 1998-ci il tarixli "Mədəniyyət haqqında" qanun bu istiqamətdə mühüm addım oldu. Bunun ardınca, 2001-ci ildə "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq vaxtilə dövlət mühafizəsinə götürülmüş 6571 abidənin əhəmiyyət dərəcəsinə görə bölgüsü aparılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə 6308 abidə dövlət tərəfindən mühafizəyə götürülmüşdür.
Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində xalqımızın mədəni irsinə diqqət və qayğı çox yüksək səviyyədə olmuşdur. Onun şəxsi göstərişi ilə bir sıra əhəmiyyətli abidələrin bərpası üzrə işlər də bu sıradadır. Məsələn, Musiqili Komediya Teatrının binasının yenidən qurulması, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının binasında bərpa-yenidənqurma işlərinin aparılması, Naxçıvanda Xanəgah memarlıq kompleksinin, Şəki rayonunun Kiş kəndindəki Alban məbədinin, Bakıdakı Lüteran kilsəsinin və s. onlarla abidənin bərpası bu istiqamətdə aparılan işlərin nümunəsidir.
XIII əsrdə əsası qoyulmuş, lakin sovetlər dönəmində dağıdılmış Bibiheybət ziyarətgahının yeni kompleksinin təməli də Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə qoyulmuşdu. Ulu öndərin tapşırığı ilə Nardaran pirində də bərpa-yenidənqurma işləri aparılmışdı. Xalqımızın ölməz şairi Hüseyn Cavidin qəbrinin uzaq Sibirdən doğma Azərbaycan torpağına gətirilməsi və xatirəsinin əbədləşdirməsi üçün Naxçıvanda məqbərəsinin inşa olunması isə ümummilli liderin əvəzolunmaz xidmətidir.
Heydər Əliyevin tapşırığı ilə 1999-cu ildə Azərbaycan Respublikası ərazisindəki dəyərli abidələrin qorunması və bərpası məqsədilə Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında bağlanmış kredit müqaviləsinə əsasən, 2000-2003-cü illərdə Azərbaycanın mühüm memarlıq və tarixi əhəmiyyət kəsb edən dörd abidəsində - Şirvanşahlar Sarayı Kompleksinə daxil olan Saray binasının ikinci mərtəbəsində və Divanxanada, Şəki Xan Sarayında, Naxçıvan şəhərindəki Mömünə Xatun türbəsində və Qarabağlar kəndindəki Qudi Xatun türbəsində və 2 minarədə bərpa, konservasiya, rekonstruksiya işləri aparılmışdır. Ulu öndərin 2003-cü ildə verdiyi müvafiq sərəncamına əsasən, "Çıraqqala" və "Şabran" tarixi qoruğu yaradılmışdır.
Ulu öndər xalqımızın mədəniyyətinin, incəsənətinin, milli-mənəvi dəyərlərinin qorunması istiqamətində gördüyü ölçüyəgəlməz işləri ilə gələcək nəsillərə zəngin mənəvi xəzinə bəxş etmişdir. Sağlığında millətinə, dövlətinə ən yüksək dəyəri verən Heydər Əliyev xalqın yaddaşında əbədi, silinməz iz qoymuş, onun adı ilə bağlı olan hər şey əziz xatirəyə çevrilmişdir.
Mədəniyyət