Xudayar Rəhimov: Milli birliyimizin bariz nümunəsi

  • 09.05.2024, 11:24,
  • Gündəm
  • Baxılıb: 99
Xudayar Rəhimov: Milli birliyimizin bariz nümunəsi

Azərbaycan Avtomobil Yolları Dövlət Departamentinin 46 saylı yol istismar sahəsinin rəisi Xudayar Rəhimov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Xudayar Rəhimovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Xudayar Rəhimov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Azərbaycan Avtomobil Yolları Dövlət Departamentinin 46 saylı yol istismar sahəsinin rəisi Xudayar Rəhimova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Departamentinin 46 saylı yol istismar sahəsinin rəisi Xudayar Rəhimov - “Oktyabr ayının 15-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Bayrağını Xankəndi şəhərində qaldıraraq, şəhərin mərkəzindən xalqımıza müraciət etdi. Dövlət başçımız çıxışı zamanı bir çox tarixi və siyasi həqiqətlərə işıq tutmaqla yanaşı, işğalçı Ermənistanın əsl simasını, məkrli əməllərini ifşa etdi və xalqımızın haqq savaşındakı şanlı qələbəsini misli görünməmiş qəhrəmanlıq salnaməsi adlandırdı. Ölkə Prezidenti, müzəffər Ali Baş Komandanın çıxışlarında dəfələrlə bəyan etdiyi kimi, 2020-ci ilin 27 sentyabrında Azərbaycan xalqı Ermənistanın 30 ilə yaxın davam edən işğal siyasətinə, təxribatlarına, talançılıq, qəsbkarlıq, vandalizm əməllərinə qarşı haqq savaşına başladı. 44 gün davam edən Vətən müharibəsində ordumuz misilsiz şücaət göstərərək, torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz və milli qürurumuz bərpa edildi. Bu qələbə dövlətimizin və xalqımızın tarixində ən parlaq səhifələrdən biri kimi yaddaşlarımıza əbədi həkk olunub”.
Dövlət-xalq-iqtidar-ordu həmrəyliyi milli birliyimizin bariz nümunəsi olaraq şanlı zəfərimizdə əvəzsiz rol oynadı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun qüdrəti və qətiyyəti, döyüş peşəkarlığı bu gün də dünya üçün öyrənilən və daim təbliğ edilən amillərdəndir. 44 günlük Vətən müharibəsindəki qələbəmiz ilə 30 illik işğala son qoyan ordumuz, sonradan Ermənistanın təslimçi kapitulyasiya aktına imza çəkməsinə, bir güllə belə atmadan Ağdam, Kəlbəcər, Laçının geri qaytarılmasına gətirib çıxardı. Sözsüz ki, 30 il ərzində formalaşdırılmış saxta və mifik “Böyük Ermənistan gücü” darmadağın edildi, ordusu tamamilə diziüstə çökdürüldü. Ordumuz təkcə ərazi bütövlüyümüzü bərpa etmədi, eyni zamanda Ermənistanın yalanlarını ifşa etdi: “Sentyabrın 20-da ordumuz tərəfindən həyata keçirilən lokal antiterror tədbirləri də Ermənistandakı revanşist qüvvələri məhv etməklə, dövlətimizin qətiyyətli mövqeyini bir daha sübut etmiş oldu. Antiterror tədbirlərinin nəticəsi olaraq növbəti dəfə təslimçi məğlubiyyətlə barışmalı olan Ermənistan geri çəkilməyə məcbur edildi. Azərbaycanın Xankəndi şəhərindəki qondarma separatçı rejim özünü buraxdığını elan etdi və erməni icmasının nümayəndələri Azərbaycan dövlətinin nümayəndələri ilə görüşərək, orada məskunlaşmış erməni əhali üçün bir sıra yardımların göndərilməsini xahiş etdilər. Sözsüz ki, dövlət başçısı İlham Əliyev bu günədək verdiyi bütün vədlərə sadiq olduğu kimi, tarixi torpaqlarımızda məskunlaşmış erməni əhalisinin problemlərinin həlli istiqamətində də müvafiq tapşırıqlar verdi, ermənilər müvafiq yanacaq və ərzaqlarla təmin edildilər. Azərbaycanda yaşayan bütün etnik millətlər üçün bərabər imkanlar yaradan, azərbaycanlılarla digər etnik millətlər arasında heç bir ayrı-seçkiliyə yol verməyən dövlətimiz erməni sakinlərin də rahat və firavan şəkildə yaşaması üçün hər cür şəraiti yaratmağa başladı. Separatçı rejimin rəhbərliyi dövründə sosial problemlər içərisində boğulan ermənilər Azərbaycan dövlıtindən imdad diləməyə başladılar. Azərbaycanın təkcə müdafiə qüdrəti, peşəkar və vətənpərvər ordusu, ölkədaxili həmrəyliyi deyil, həmçinin tolerant və multikultural bəşəri dəyərlərə sədaqəti də bütün dünya üçün əsl örnəkdir. Ermənistandan fərqli olaraq Azərbaycan hər zaman bəyan etdiyi kimi, sülhün və əmin-amanlığın tərəfdarıdır Bu gün də bu siyasətinə sadiqdir”.
Dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin cari ilin oktyabr ayının 15-də tarixi şəhərimiz olan Xankəndi, Xocalı, Ağdərə və Əsgəranda bayraqlarımızı qaldırması, oradan xalqımıza etdiyi müraciət çox böyük tarixi hadisədir. Biz hər birimiz müasir tariximizin qəhrəmanlıq dastanına çevrilmiş – torpaqlarımızın azadlığı və suverenliyimizin tam bərpasını böyük qürur və fəxarətlə qeyd edirik. Çox xoşbəxt nəsilik ki, bu tarixin bir parçası və şahidləri olaraq Azərbaycanın dövlətinin tariximizdə heç bir zaman olmadığı qədər qüdrətli dövründə yaşayırıq. Bu tariximiz bütün gələcək nəsillərimizə təbliğ edilməli, torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalmış bütün qəhrəman övladlarımıızın əziz xatirəsini daim yaşatmalıyıq. Onlar bizim qürur mənbəyimizdir. Bu günkü qalibiyyətimizə görə məhz onlara borcluyuq.
Mədəniyyət