Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları respublikamızın hər yerində olduğu kimi, şimal-qərb bölgəsində, o cümlədən Qax rayonunda da uğurla icra edilməkdədir. Görülən işlər təkcə iri layihələrin icrası ilə məhdudlaşmır. Bura təmir-tikinti və abadlıq işlərinin aparılması da daxildir. Qaxdakı işlər isə şəhər ərazisi ilə yanaşı, kəndlərdə də öz əksini tapmaqdadır.
Təkcə rayonda səhiyyənin dünəni, bu günü və sabahı haqqında deyil, həm də, bütövlükdə, Qaxda son aylar həyata keçirilən işlər danılmazdır. Hiss olunur ki, bütün varlığı ilə doğma torpağına bağlı olan bir adamdır. Rayon rəhbərliyinin təşəbbüskarlığı, fəallığı və təşkilatçılığı sayəsində Qaxın xəritəsinə, az qala, hər ay yeni bir obyektin adı düşür. Heydər Əliyev parkının yenidən qurulması, Gənclər sarayının inşası, neçə-neçə yeni müəssisənin açılışı, digər sosial yönümlü obyektlərin istifadəyə verilməsi onu göstərir ki, Qax tezliklə Azərbaycanın ən abad, gözəl rayonlarından birinə çevriləcəkdir.
Son illər neçə-neçə istehsal, emal müəssisəsi açılıb, onlarca məktəb binası, uşaq bağçası tikilib. Qax dövlətin qayğısı və diqqəti sayəsində beləcə aybaay, ilbəil inkişaf edir, gözəlləşir, tanınmaz olur. Bu da turizmin inkişafına güclü təkan verir. Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Qaxda turizmin inkişafı üçün potensial imkanlar yaradır. Qax rayonunun ərazisində gələcəkdə inanırıq ki, ekoturizm də inkişaf etdiriləcək. Bu da Qaxın regionun turizm mərkəzlərində birinə çevriləcəyini göstərir. Bir sözlə, Qax inamla gələcəyə doğru addımlayır
Doğrudan da Qax regionun mərkəzinə çevrilməkdədir. Rayonun regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində rayon İH başçısı Musa Şəkiliyevin əməyi böyükdür. Əminik ki, Qax bundan sonra da gözəlləşəcək və abadlaşacaq. Biz Qaxın respublikamızın ən gözəl və abad rayonlardan birinə çevrilməsində böyük əməyi olanların hamısına, o cümlədən rayon rəhbərliyinə bu şərəfli işdə uğurlar arzulayırıq.
Qax rayonunda diqqət çəkən əsas məqamlardan biri də şəhərdə yeni parkların salınması, mövcud parkların yenidən qurulmasıdır. Burada parklar xüsusi zövqlə bəzədilib. Parklarda insanların rahat dincəlib istirahət edə bilmələri üçün hər bir şərait yaradılıb. Heydər Əliyev parkı, şəhər parkı, gənclik parkı və digər istirahət məkənları şəhər sakinlərinin asudə vaxtlarında ən çox üz tutduğu yerlərdir.
Qax rayonunda baş verən sürətli inkişafı sözlə izah etmək mümkün deyil. Necə deyərlər min eşitməkdənsə, bir görmək yaxşıdır. Gecə saatlarında isə şəhər bam-başqa olur. Burada yaradlılan işıqlandırma sistemləri, şəhərin gözəlliyini xüsusi rəng qatır. Bərq vuran rəngərəng işıqların yaratdığı gözəllik fonunda sanki həyat yenidən qaynamağa başlayır. Bu vəsaitdən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində rayon üzrə həyata keçirilən tədbirlərin sürətləndirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsinə sərf olunacaq.
Hazırladı: Eldəniz