Lokal xarakterli antiterror tədbirləri uğurla davam edir

  • 20.09.2023, 10:42,
  • Gündəm
  • Baxılıb: 197
Lokal xarakterli antiterror tədbirləri uğurla davam edir

Məlum olduğu kimi, sentyabrın 19-dan başlayaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam etdirilir. Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilir.
Qeyd edək ki, vəziyyətin gərginləşməsinin səbəbkarı isə, şübhəsiz Ermənistandır. Müharibədən üç ilə yaxın müddət ötməsinə baxmayaraq, bu ölkənin siyasi rəhbərliyi, şəxsən baş nazir Paşinyan sülh müqaviləsinin imzalanmasından yayındı. 10 noyabr Bəyannaməsinin 4-cü və 9-cu bəndlərinə uyğun olaraq, erməni silahlı birləşmələri ərazidən çıxarılmadı. Zəngəzur dəhlizi açılmadı. Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirən Paşinyan, separatçıları ,,müstəqillik günü,, münasibətilə təbrik etməklə, əsil simasını göstərmiş oldu. Ermənistan büdcəsindən terrorçu dəstələrin maliyyələşdiriməsi isə, heç bir normal məntiqə sığmır. Bütün bunlarla yanaşı, Ermənistanın Fransanın dəstəyi ilə, Hindistandan yüz milyonlarla dollar dəyərində müasir silahlar alması, İran vasitəsilə daşınması gözümüzün önündə baş verən hadisələrdir. Hər kəs başa düşürdü ki, Ermənistan, Qarabağdakı separatçılar, xaricdəki havadarları ilə birlikdə ciddi şəkildə müharibəyə hazırlaşırlar. Ərazisində qanunsuz silahlı dəstələrin mövcudluğu, istənilən dövlət üçün ən böyük təhlükədir. Bu baxımdan, separatçıların yenidən təşkilatlanmasına, silahlanmasına qətiyyən imkan vermək olmaz. Dünən səhər polislərimizin, mülki vətəndaşlarımızın ermənilərin təzə basdırdıqları minaların partlaması nəticəsində həlak olmaları, düşmənçiliyin kulminasiya nöqtəsi oldu. Qeyd etdiyim faktlar anti-terror tədbirlərinin qaçılmaz olduğunu, son dərəcə zəruriliyini sübut edir. Separatçılar təslim olmalı, silahları təhvil verməli və sadə xalqı qorxu altlnda saxlayan xunta rejimi özünü buraxmalıdır. Ümidvarıq ki, yaxın günlərdə anti-terror tədbirlər uğurla başa çatacaq və üçrəngli bayrağımız Xankəndində, Qarabağın bütün yaşayış məntəqələrində dalğalanacaqdır.
Onu da qeyd edək ki, 44 günlük müharibədə, siyasi, ideoloji ziddiyətlərə baxmaraq, bütün ictimai-siyasi təşkilatlar vahid mövqedən çıxış etdilər. Xalqımızın milli birliyini bütün dünya gördü. Ancaq Real, Xalq Cəbhəsi və Müsavat partiyalarının anti-terror tədbirlərini dəstəkləməmələri, anti-milli mövqedir və hər bir vətəndaşımızda məyusluq doğurur. Ölkədə fəaliyyət göstərən siyasi partiyalar, ictimai təşkilatlar, bütövlükdə cəmiyyət qeyd-şərtsiz dövlətin arxasında durduqları halda bu üç partiyanın tutduqları mövqe vətənə xəyanətkarlıqdır. Başqa ad tapmaq çətindir. Belə bir çətin, tarixi dövrdə, dövlətə, millətə qarşı müxalifətçilik etmək heç kimə şərəf gətirməz.

Mahir Hacıyev,
YAP Göygöl rayon təşkilatı üzrə Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ərazi partiya təşkilatının sədri
Mədəniyyət