ƏLİYEVA SƏBİYYƏ
- 22.05.2023, 10:20,
- Gündəm / Siyasət
- Baxılıb: 839
Facebook
Вконтакте
Одноклассники
Google+
Müəllim müqəddəsdir. Bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük
vəzifələr düşüb. İnsanlara bilik vermək, elm öyrətmək kimi mühüm vəzifənin
öhdəsdindən onlar gəlir. Ümumilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini
yüksək qiymətləndirirdi. Dahi şəxsiyyət öz müəllimlərini minnətdarlıqla xatırlayır,
onların xidmətləri haqqında ürəkdolusu danışardı. Ümumtəhsil məktəblərində
qazanılan biliklərin mahiyyətini, mündəricəsini yüksək qiymətləndirən ulu öndər hər
bir insanın həyat mövqeyinin formalaşmasında, cəmiyyətdə öz yerini tutmasında
orta təhsilin çox böyük əhəmiyyət daşıdığını vurğulamışdır. Ulu öndərimizin
aşağıdakı dəyərli fikirləri bu baxımdan səciyyəvidir: “İnsan təhsilinin əsasını orta
məktəbdə alır. Xalqımızın böyük oğlu Heydər Əliyev tədris ocaqlarında, o cümlədən
orta ümumtəhsil məktəblərində şagirdlərin bütün müvafiq elmlər üzrə zəruri
biliklərə yiyələnməsini, onların seçdikləri gələcək ixtisaslara uyğun fənləri daha
dərindən öyrənməsini lazım bilmiş, bunlarla yanaşı, istisnasız olaraq hər bir şagirdin
mükəmməl bilməsi son dərəcə vacib olan fənləri də ayrıca vurğulamışdır: “Bizim
uşaqlarımız, gənclərimiz hər bir fənni bilməlidirlər və xüsusən o fənlərdə ki,
ixtisaslaşmaq istəyir, onu daha da yaxşı bilməlidirlər. Amma orta məktəblər üçün
bizim bir neçə şərtlərimiz vardır, onları həyata keçirməlidirlər. Ana dilini
bilməlidirlər, ədəbiyyatımızı bilməlidirlər, bizim tariximizi bilməlidirlər, bizim
mədəniyyətimizi bilməlidirlər”.
Bu gün təəssüflər olsun ki, ümumilli liderimiz Heydər Əliyevin ən yüksək dəyəri
verdiyi müəllimlik peşəsinin adına xələl gətirənlər var. Onlardan biri elə Lənkəran
rayonunda pedoqoji fəlaiyyət göstərən Səbiyyə müəllimədir. Əliyeva Səbiyyə
Umudəli qızı 27 noyabr 1987-ci ildə Lənkəran şəhərində müəllim ailəsində anadan
olub. İlk orta təhsilini 1994-cü ildə 1 saylı orta məktəbə gedərək almağa başlayıb.
Sonradan orta təhsilini 4 saylı orta məktəbdə davam etdirən Ə.Səbiyyə 2003-cü ildə
həmin məktəbin 9-cu sinfini bitirərək Lənkəran Dövlət Humanitar kollecinin ibtidai
sinif müəllimliyi ixtisasına qəbul olub. 2009-cu ildən Lənkəran rayon Şilavar kənd
ümumi orta məktəbin ibtidai sinif müəllimi olaraq çalışır.
Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Əliyeva Səbiyyə Umudəli qızı
şagirdlərdən qanunsuz şəkildə pul yığmaqla məşğuldur. Ə.Səbiyyə 8 Mart,
müəllimlər günü, ad günü və s. Bəhanələrlə ders dediyi şagirdlərin pul yığıb ona
“hədiyyə” kimi verməsini tələb edir. Valideynlər də təbii olaraq bu vəziyyətdən
narazıdırlar.
Əlbəttə ki, belə hallar ölkəmizdə müəllim peşəsinin ictimai nüfuzuna xələl
gətirir. Qanuni cəhətdən qadağan olunmasına baxmayaraq Səbiyyə müəllimə illərdir
bu işlə məşğuldur. O, pul verməyən şagird və valideyni ilə pis rəftar edir. Şagirdin
həmyaşıdları arasında pis görünməsinə səbəb olur. Eyni zamanda imkanı pul
verməyə çatmayan valideyn övladının gözündə də pis valideyn olaraq qalır.
Beləliklə, valideyn və övlad arasındakı əlaqələrin pozulmasına, aralarında kəskin
konfliktlərin yaranmasına səbəb olur. Səbiyyə müəllimə təkcə təhsil sistemini
korlamır, həm də valideyn və övlad arasındakı əlaqəni pozur.
Bayramlarda və ya özəl günlərdə müəllimin şagirdlərdən hədiyyə və ya pul
gözləməsi qanuna ziddir və yolverilməzdir. Ə. Səbiyyənin şagirdlərə təzyiq
göstərərək onlardan pul istəməsi şübhəsiz ki, müəllimlik peşəsinə yaraşmayan bir
hərəkət olmaqla yanaşı həm də əxlaqa da ziddir.
Aparılan tədqiqatlar göstərdi ki, Ə. Səbiyyə pul “hədiyyəsi” verməyən
şagirdlərin qiymətlərini aşağı salır. Əlbəttə 8 Mart Beynəlxalq Qadınlar günü
münasibətilə və digər bayramlarda açıqca və ya gül hədiyyə vermək qadağan deyil.
Bu şagirdin müəllimə olan sevgi və hörmətini göstərməsinin yollarından biridir.
Amma müəyyən məbləğdə pul yığılıb verilməsi təhsilimizə böyük zərər verir.
Əliyeva Səbiyyə uşaqları biliklərinə görə deyil, verdikləri pullara görə
dəyərləndirərək qiymətlər yazır. Əgər hər hansı bir təhsil işçisi rüşvətə meyllidirsə
və yaxud rüşvət alırsa birbaşa qanunvericiliklə cəzalandırılmalıdır. Səbiyyə
müəllimə kimi şagirdləri pul verməyə məcbur edən müəllimlərə ya töhmət, ya da
əmək müqaviləsinə xitam verilməlidir. Rüşvətxorluqla mübarizə aparmaq üçün hər
bir vətəndaş əvvəla özündən başlamalıdır. Xüsusilə də övladı məktəbə yeni başlamış
valideynlər, eyni zamanda müəllimlər bu məsələyə daha həssas yanaşmalıdırlar.
Çünki korrupsiya faktı ölkə qanunvericiliyinə görə cinayət məsuliyyəti daşıyır.
Lənkəran rayon Şilavar kənd tam orta məktəbinin rəhbərliyinin bu
vəziyyətdən xəbəri olub olmadığını bilmirik. Ancaq ümid edirik ki, məktəb direktoru
Ə.Səbiyyə Umudəli qızıyla bağlı müəyyən tədbirlər görər. Azərbaycan
Respublikasının Təhsil Nazirliyi bayramlarda müəllimlərdin məktəblərdə pul
yığmasını qadağan edir və belə hallarla qarşılaşdıqda lazımi tədbirləri yerinə yetirir.
Əks halda bu məkətbin və eyni zamanda orada işləyən digər müəllimlərin adına da
ziyan verə bilər. Ə.Səbiyyənin ya Azərbaycan Respublikasının Təhsil Nazirliyinin
qayda-qanunlarından xəbəri yoxdur ya da bilərəkdən bu qanunlara qarşı gəlir. Bu
Xalqımızın inkişafı şagirdlərin məktəblərdə yaxşı təhsil alıb, ölkəmizin adını
uca etmələri üçün belə hallarla qarşılaşdıqda məlumat verməyi özümüzə borc hesab
edirik. Övladlarımızın rifahı, təhsili və sağlamlığı hər şeydən vacibdir. Çünki onlar
bizim gələcəyimizdir.