Nazir öz gizirinə qarşı
- 11.10.2022, 10:24,
- Gündəm / Siyasət
- Baxılıb: 226
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda haqqsızlıq davam etməkdədir. Məmurların insanlara qarşı özbaşınalığı durmadan artır. Hansı məmurdan şikayət edirlərsə, həmin gün şikayətçiləri qondarma maddələrlə və müxtəlif bəhanələrlə ya həbs edir ya da polis zorakılıqları ilə işgəncələr verirlər.
Azərbaycanda belə işgəncələr və həbslər görənlərdən biri də Fövqəladə Hallar Nazirinin sabiq giziri Fərid Vəliyevdir. Fərid Vəliyev bizim redaksiyaya gəlmiş və başına gələnləri danışdı. Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun onun bəlli etirazlarına görə işdən qovaraq və sonra dəfələrlə həbs etdirib və işgəncələrə məruz qoyub. Fəridin nazirlikdə baş verən haqqsızlıqları və özbaşınalıqları dilə gətirdiyi üçün onu evindən polis vasitəsilə aparılıb həftələrlə ailəsindən xəbəri olmayıb. Hal hazırda da həyatı təhlükəsi davam edir. Biz ona əgər bu şikayət xarakterli yazı dərc olunarsa, səni yenidən həbs edə bilərlər sualını verdikdə, o, öz mübarizəsini davam etdirmək əzmində olduğunu bildirdi.