"Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət ayrıca müzakirə olunacaq"

"Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət ayrıca müzakirə olunacaq"

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət ayrıca müzakirə olunacaq".
Pressdent.AZ AzVision.az-a istinadla xəbər verir ki, bunu KTMT baş katibinin müavini Valeri Semerikov Sputnik Ermənistana açıqlamasında deyib.

"Bu gün bu vəziyyət həm nazirlər, həm də dövlət başçıları səviyyəsində ayrıca məsələ kimi müzakirə olunacaq, gəlin nəticələri gözləyək", - Semerikov qeyd edib. Onun sözlərinə görə, müvafiq irəliləyişlər var, nazirlər səviyyəsində bəyanat veriləcək.

Qeyd edək ki, noyabrın 23-də İrəvanda KTMT-nin sammiti keçirilir. 2022-ci ilin yanvarından Ermənistan KTMT-nin sədridir və indi estafet Belarusa verilir.
Mədəniyyət