Biləsuvarda qaydaları pozan sürücü və piyadalar cərimələnib

Biləsuvarda qaydaları pozan sürücü və piyadalar cərimələnib

DİA.AZ: - Yol hərəkətinin təhlükəsizliyinin təmini, xüsusilə də yollarda piyadaların həyat və
sağlamlığının qorunması, o cümlədən piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat
hadisələrinin qarşısının alınması məqsədi ilə Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol
Polisi Bölməsi tərəfindən tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan DİA.AZ-a verilən məlumata görə,
bu istiqamətdə təşkil olunan növbəti tədbirlər
zamanı mövcud piyada keçidlərindən istifadə etməyən piyadalar aşkarlanıb. Dövlət yol
polisi əməkdaşları tərəfindən həmin şəxslərlə maarifləndirici söhbətlər aparılıb və bir
daha izah edilib ki, yolu piyada keçidindən deyil, piyadalar üçün nəzərdə tutulmayan
yerlərdən keçməklə onlar öz həyatlarını təhlükəyə atmaqla bərabər digər hərəkət
iştirakçıları üçün də maneə və çətinlik yaratmış olurlar. Tədbirlər zamanı həmçinin,
keçidlərdə piyadalara yol verməyən sürücülər də polis əməkdaşları tərəfindən müəyyən
edilib və onların hər biri barəsində qanunamüvafiq tədbirlər görülüb.
Mədəniyyət