Ölkədə ən çox qiymət artımı “Rahat” marketlərdədir
- 14.12.2021, 17:02,
- Gündəm / Cəmiyyət
- Baxılıb: 115
Facebook
Вконтакте
Одноклассники
Google+
Sosial şəbəkədə vətəndaşların qiymətlərlə bağlı ən çox narazılığı məhz “Rahat” marketlər şəbəkəsi ilə bağlıdır...
Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamına uyğun olaraq, gələn ildən pensiyalar, əməkhaqqı, müavinət və təqaüdlərin artırılması nəzərdə tutulur. Ancaq prezidentin imzaladığı sərəncam qüvvəyə minməmiş bir çox market şəbəkələrində qiymət artımı süni şəkildə hər gün artırılır. Replika TV xəbər verir ki, paytaxtda qiymət artımında ilk birinciliyi “Rahat” market şəbəkəsi tutur.
Sosial şəbəkədə vətəndaşların qiymətlərlə bağlı ən çox narazılığı məhz “Rahat” marketlər şəbəkəsi ilə bağlıdır. Replika TV xəbər verir ki, “Rahat” marketlər şəbəkəsində bahalaşma əsasən ərzaq məhsullarını əhatə edir və orta hesabala 30 % qədər qiymətlər qalxıb. Qiyməti qaldırılan ərzaq malları isə kərə yağları, duru yağlar, qənd, şəkər tozu və bəzi süd məhsullarıdır.
Bildirək ki, İqtisadiyyat nazirliyi süni şəkildə qiymətləri qaldıran marketlərə ciddi xəbərdarlıq edib. Hətta ötən həftə Baş Nazir Əli Əsədov marketlərdə qiymətlərin süni şəkildə qaldırılmasından narahtlığını dilə gətirmişdi.
Lakin başda “Rahat” marketlər şəbəkəsi olmaqla bir çox böyük marketlər daha çox gəlir əldə etmək üçün hökümətin xəbərdarlıqlarını qulaq ardına vururlar və sadə vətəndaşların cibinə girməkdə davam edirlər.
Replika TV