Şəmkir rayon sakinləri Saleh Məmmədovu İTTİHAM EDİR: 1 milyon manat pulumuzu versin!
- 02.11.2021, 23:29,
- Gündəm / Cəmiyyət
- Baxılıb: 301
Facebook
Вконтакте
Одноклассники
Google+
Bir neçə gün əvvəl Hədəftv.info saytına Şəmkir rayon sakinləri tərəfindən şikayət ərizəsi daxil olmuşdu. Əməkdaşımız sözü gedən sakinlərlə görüşmüş və onların şikayətini video-lentə almışdır.
Şəmkir rayon Əliyaqublu kənd sakini Nəcəfov Nizami Həsən oğlu deyir ki, Ulu öndər H. Əliyevin 1996-cı il "Kəndli fermer təsərrüfatı" proqramına əsasən atam 5ha torpaq sahəsinı özəlləşdirərək üzüm bağları saldıq. Öz hesabımıza texnikalar alaraq həmin təsərrüfatı əkib becərir, hər il keyfiyyətli məhsul əldə etdərək dövlətə təhvil verirdik. Elə ki, İpək Yolu ticarət yolunun çəkilişinə start verildi Şəmkir rayon icra hakimiyyətinin sabiq icra başçısı Alimpaşa və onun qoçuları necə deyərlər"operativ" əməliyyata keçdilər. Mənə məxsus olan 5ha torpaq sahəsi yol çəkilişinə düşdüyündən "parçalamağa" başladılar. Yerli kənd icra nümayəndəsi olan Məmmədov Nurəddin və icra hakimiyyətində işləyən Əliyev Yunis tərəfindən torpağın sənədləri saxtalaşdırılaraq özləri və qohumları arasında bölüşdürüldü. Hər yerə müraciət etdiyimə baxmayaraq heç bir köməklik göstərilmədi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin o vaxtı və indiki sədri Saleh Məmmədovla əlbir olaraq mənim 5ha torpağının pulunu mənimsədilər.
Əliyaqublu kənd sakini Əlyev Sabir Məhəmmədəli oglu öz müsahibəsində deyir ki ,mənim 41sot 99 desyat torpağım İpək Yolu tikintisinə düşüb. Mən də hamı kimi torpağımın taleyi ilə maraqlandım. Torpağın üstündə mənim istixanım və başqa tikilim də vardı. Mənə dedilər ki mənə düşən vəsaitin verilməsinə Azəryolun işçisi Azər bəy baxır. Mən ona yaxınlaşıb sənədlərimi verdim, o, sənədə baxıb dedi ki, sən bunula kasıblığın daşını atırsan. Sənin torpağın təxminən 500000 min (beş yüz min), üstəlik tikilim və istixananın da 150 min manat edir, cəmi 650 min (altı yüz əlli min) manat pul alacaqsan. 3 gündən sonra mən sənə zəng edəcəm. 3 gündən sonra mənə Azər bəy zəng edib Qazax -Bakı yolunun üstündə yerləşən Otelə çağırdı. Mən oğlumla getdim. Azər bəy mənə 110 man 640 manat pul verdi və dedi ki, 30-40 min də mənə çatacaq. Qalan pul isə bizim böyüyümüz Saleh Məmmədova çatacaq . 110 man 640 manat götürürsən götür, götürmürsən get prezidentə de, özün bilərsən. Mən naəlac qalıb onun verdiyi pulu götürdüm. Mənim pulumu mənimsəyən məmurlarla bağlı şikayət etmədiyim təşkilat qalmadı, ancaq daş qayaya rast gəldi.
Şəmkir rayon Dəllərcəyir kənd sakini Seyidov Mübariz Məmmədəli oğlu da şikayətində sabiq icra başçısı Alimpaşa və onun qoçuları tərəfindən eyni zamanda Saleh Məmmədovun qol bəyləri tərəfindən hüququnun pozulmasından, öna catacaq pulun mənimsənilməsindən danışdı. Belə ki ona məxsus olan 1ha 11sot torpağı yol tikintisinə düşmüşdür. 24sot torpağa düşən 307 min manat pulumu veriblər. 88sot torpağın pulunu isə mənimsəyiblər."Mən tələb etdikdə polis rəisinə sifariş verdirərək məni və 2 oğlumu 10 sutka həbs etdilər.Bütün kənd camaatı bizi müdafiəyə qalxdılar. Oğlumun birini buraxdılar bizi saxladılar. Bu haqsızlığa dözmək olmur. Xahiş edirik bizim səsimizi ölkə prezidentinə ,vitse prezidentə çatdırın və şıkayətimizi mətbuatda ictimailəşdirilməsinə yardımcı olun".
hedeftv.info