Azərbaycanda masajist Səhiyyə Nazirliyini məhkəməyə verdi - AÇIQLAMA
- 20.09.2021, 12:27,
- Gündəm / Cəmiyyət
- Baxılıb: 123
Facebook
Вконтакте
Одноклассники
Google+
İşdən azad edilən tibb işçisi çalışdığı müəssisəni məhkəməyə verib.
Oxu.Az-ın məlumatına görə, 15 saylı poliklinikada çalışan tibb işçisi E.Əliyeva işdən çıxarıldığı üçün poliklinikanı və Səhiyyə Nazirliyini məhkəməyə verib.
Məsələ ilə bağlı 15 saylı poliklinika ilə əlaqə saxladıq. Xəstəxana Oxu.Az-a E.Əliyeva adlı əməkdaşlarının olduğunu təsdiq edib:
“Belə bir əməkdaşımız olub. O, poliklinikada masajist kimi çalışıb. Lakin, iki dəfə həkimlərin sertifikasiya imtahanından kəsildiyi üçün işdən azad edilib”.