XATİRƏLƏRDƏ YAŞAYAN İNSAN
- 15.07.2021, 18:26,
- Gündəm / Cəmiyyət
- Baxılıb: 285
Facebook
Вконтакте
Одноклассники
Google+
Mən ilk dəfə Əhməd Xəlilovun adını Respublika radiosunda eşitmişdim.O vaxtlar uşaq idim. Onun kim olduğunu bilmirdim. Aylar,illər ötdü,mən böyüdüm və artıq hər şeyi ayırd edə bildiyim vaxtlarda mənə məlum oldu ki,adını hələ kiçik yaşlarda eşitdiyim Əhməd Xəlilov Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün çox böyük və həlledici xidmətlər göstərən rəhbər kadrlardan olub.Elə buna görədir ki,uşaq yaşlarında yalnız adını eşidib,kimliyini duymadığım Əhməd Xəlilov haqqında bu gün böyük fəxrlə barəsində yazmaq mənə nəsib olmuşdur.
Əhməd Xəlilov 1904 cü ildə Kürdəmir rayonunun Beyi kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. Atası öləndə Əhmədin 10 yaşı var idi. Uşaq yaşından zəhmətə qatılaşan Əhməd atasından qalma bir qoşqu öküz ilə Qəhrəman bəydən icarəyə torpaq götürüb əkib becərməyə başlamış,böyüklərə xas olan qayğılarla yaşamışdı. Zəhmətə erkən yaşlarından başlayan Əhməd oxuyub-yazmağa xüsusi maraq göstərmişdi. Kənddə Şura höküməti qurulanda oxuyub-yazmağı bacardığına görə kənd şurasında katiblik işini 16 yaşlı Əhmədə həbalə etmişdilər. Çox çəkmədi ki,Əhməd Mollakənd kəndində fəaliyyət göstərən ticarət mərkəzinin müdiri təyin edildi. Azərbaycan Respublikasının Gəncə şəhərində Kənd Təsərrüfatı Institutu açıldı.Əhməd Xəlilov 1929 cu ildə Gəncə Kənd Təsərrüfatı Institutuna daxil olmuş və həmin institutu aqronomluq ixtisasına yiyələnərək 1932 ci ildə bitirmişdi. Azərbaycanda ilk ali təhsilli aqronomlardan biri olmuşdur . Təyinatla Goyçay rayonuna göndərilmiş və rayonun torpaq şöbəsində baş aqronomu,MTS-lər yaradılandan sonra burada 1938 ci ilə kimi direktor müavini işləmişdir.1937-1938 ci illərin haqsız refresiyaları Əhməd Xəlilovdan da yan keçməmişdi.Əhməd Xəlilov 1938ci ildə haqsız olaraq həbs edilmiş,lakin onun barəsində irəli sürülmüş ittihamlar təsdiq edilmədiyinə görə 9 ay həbsxanada qaldıqdan sonra azadlığa buraxılmış və bəraət alaraq 1939 cu ildə Azərbaycan Torpaq Komissarlığına baş aqronom təyin olunmuş,1941 ci ildə isə Azərbaycan Torpaq Komissarlığına birinci müavin təyin olunmuşdur.1942 ci ildən Azərbaycan Kənd Təsərrüfatı Nazirinin birinci müavini təyin olunmuşdur. Azərbaycan Respublikasının birinci və axırıncı Pambıqçįlıq naziri vəzifəsində çalışmışdı. 1973 cü ildən Dövlət Yer Quruluşu Layihə Institutuna direktor təyin edilmiş və 1985 ci ilə qədər həmin vəzifədə çalışmışdı. 1985 ci ildə Bakı şəhərində vəfat etmişdi.
Əhməd Xəlilov 1958ci ildə Elmlər Namizədi, 1969 cu ildə isə Elmlər doktoru alimlik dərəcəsinə yüksəlmişdi. 1960 cı ildə ona Azərbaycanın “Əməkdar Aqronomu" fəxri adı verilmişdi. “Şərəf nişanı", “Qırmızı əmək bayrağı" ordenləri ilə,eləcə də Böyük Vətən Müharibəsinin bir çox orden və medallari ilə,Azərbaycan SSP Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdu. 1967 ci ildə Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalı ilə təltif olunmuşdu. Əhməd Xəlilov bir neçə çağırış Respublika Ali Sovetinin depitatı seçilmişdir.
Əhməd Xəlilovun ruhu şaddır. Ona görə ki,qədirbilən övladları ,nəvə-nəticələri öz varlıqları,həyatda, əməkdə və təhsildəki uğurları ilə onun adını ucaldırlar.
AZƏRBAYCANIN ƏMƏKDAR JURNALİSTİ – CAVID XASPOLADOV