BİR İNTİHARIN PƏRDƏ ARXASI

BİR İNTİHARIN PƏRDƏ ARXASI

BEYLƏQAN ELEKTRİK ŞƏBƏKƏSİNİN SATIŞ ÜZRƏ MÜDİRİ ZİYAFƏT HƏSƏNOV ÖZ İŞÇİSİNİ İNTİHARA SÜRÜKLƏYİB
İki gün bundan əvvəl Beyləqnda intihar hadisəsi baş verib. Beyləqan Elektrik şəbəkəsinin Təzəkənd üzrə nəzarətçisi işləyən Məmmədov Qismət intihar edib. Mərhum intihar etməməmişdən əvvəl onu intihara sürükləyən səbəblər haqqında məktub yazıb.
Bu barədə redaksiyamıza mərhumun yaxınlarından daxil olan məlumatda bildirilir ki, Məmmədov İsməti intihara sürükləyən Beyləqan Elektrik Şəbəkəsinin müdiri Ziyafət Həsənov olub. Mərhum bu barədə yazdığı vida məktubda bildirib.
Məlumatda bildirilir ki, Elektrik Şəbəkəsinin müdiri Ziyafət Həsənov hər ay öz işçilərindən abunəçilərdən yığılacaq pulu qabaqcadan alırmış ki, planı ödəsin. Belə ki, nəzarətçilər abunəçilərdən pulu yığmamışdan əvvəl öz ciblərindən işıq pulunu satış müdirinə verirlər. Son olaraq mərhum Qismət Həsənov öz cibindən 5 000 manat ödəyib. Bundan sonra isə müdir Ziyafət Həsənov Qismət Məmmədovu və ondan başqa 4 nəfəri işdən azad edib. Işdən azad edilənlər Ziyafət Həsənovdan əvvəlcədən ödədikləri pulu geri istəyiblər. Lakin Ziyafət Həsənov keçirilən pulları geri verməkdən imtina edib və deyib ki, gedin pulunuzu camaatdan alın.
Bildirilir ki, işdən çıxarılan nəzarətçilər verdikləri pulu abunəçilərdən yığmağa cəhd etsələr də, abunəçilər onların işdən çıxarıldıqlarını əsas gətirərək pul verməkdən imtina ediblər.
Mərhumun yaxınlarının bildirdiyinə görə İsmət Məmmədov Ziyafət Həsənovun qəbuluna düşmək istəsədə satış müdiri onu idarədən qovub. Bundan sonra mərhum satış müdirinə mesaj yazaraq intihar edəcəyini və intiharında onu ittiham edəcəyini bildirib. Satış müdirindən heç bir cavab almayan İsmət Məmmədov evinə gələrək özünü asıb.
Mərhumun yazdığı vida məktubunda isə ölümünün səbəbkarı olaraq Beqləqan Elektrik Şəbəkəsinin müdiri Ziyafət Həsənovu və onun müavini Məhərrəm Sərdarovu göstərib. Çox qəribədir ki, mərhumun yaxınları məktubu hüquq-mühafizə orqanlarına təqdim eləsələr də, Beqləqan Elektrik Şəbəkəsinin müdiri Ziyafət Həsənov və onun müavini haqqında heç bir tədbir görməyiblər.
Araşdırmamız davam edəcək...
Elnur Rəhimoğlu Qarabağ-xəbər
Mədəniyyət