Qarabağ müharibəsinin iştirakçıları Möcüzəli Naftalan Sağlamlıq və İstirahət Mərkəzində sağlamlıqlarını bərpa edirlər
- 04.05.2021, 15:05,
- Gündəm / Cəmiyyət
- Baxılıb: 187
Facebook
Вконтакте
Одноклассники
Google+
Vətən müharibəsindəki döyüşlərdə yaralanmış və müxtəlif xəsarətlər almış qazilərin sağlıqlarına qovuşması üçün aparılan müalicədə yüksək nəticələrin alındığı tibbi reabilitasiya müəssisələrindən biri də Möcüzəli Naftalan Sağlamlıq və İstirahət Mərkəzidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi əsasında sanatoriyaya təyinat alan pasiyentlər əvvəlcə peşəkar həkimlərin nəzarəti altında ümumi tibbi yoxlanışdan keçirilir və hər bir xəstəyə zəruri müalicə kursu təyin edilir. Həmçinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük II Qarabağ müharibəsində qələbə sevincini yaşadan rəşadətli Azərbaycan ordusunun döyüşən oğulları bu gün Möcüzəli Naftalan Sağlamlıq və İstirahət Mərkəzində müalicə alanlar sırasındadır.
Hazırda pandemiya səbəbindən ölkəmizdə tətbiq edilən karantin rejimi qaydalarına uyğun olaraq sanatoriyaya xəstə qəbulu məhdud sayda və növbəlilik əsasında aparılır. Göstərilən bütün xidmətlər pandemiya qaydalarına uyğun təşkil edilir. Məsafə gözlənilir, tibbi maskadan istifadə edilir, mütəmadi olaraq sanatoriya dezinfeksiya olunur.
Sanatoriyanın prosedur otaqları tibb texnologiyasının ən son nailiyyətləri hesab olunan cihaz və avadanlıqlarla təchiz edilib. Burada əsasən dayaq-hərəkət, sümük, oynaq, iflic, əzələ və sinir sistemi xəstələrinin müalicəsi uğurla həyata keçirilir.
Göndəriş əsasında Möcüzəli Naftalan Sağlamlıq və İstirahət Mərkəzinə qəbul edilən qazi və əlillərin müalicəsi 14 gün davam edir. Ümumi müayinədən sonra tibbi göstəriş olduqda pasiyentlər müalicə kursu müddətində 10-12 Naftalan nefti vannası və müalicə proseduru qəbul edirlər.
Sanatoriyanın fəaliyyəti müasir tələblər səviyyəsində qurulduğuna görə burada müalicə alan hər bir xəstənin səhhətində müsbət nəticə əldə edilir.