Bələdiyyə sədrindən müdhiş saxtakarlıq:Yerli sakinlərin, Şəhid və Qazi ailələrinin pay torpağın dayısına satdı
- 04.03.2021, 12:13,
- Gündəm / Cəmiyyət
- Baxılıb: 217
Facebook
Вконтакте
Одноклассники
Google+
Masallıda Bələdiyyə sədri sakinlərin oay torpaqlarını dayısına peşkeş edib. Sədrin dayısında həmin torpaqlarda süni göl yaradaraq balıq təsərrüfatı və şəxsi əkin-biçini ilə məşğuldur.
İxa.az bildiri ki, bu barədə Bolgexeber.com vasitəsi ilə prezidentə üz tutan kənd sakinləri kömək istəyirlər.
Yerli sakinlər öz şikayətlərində bildirib ki, Bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı hara müraciət etsələrdə də özümüzü borclu çıxarlar. Rayonda idarəçilik balansı itib, hər yerdə rüşvət və özbaşınalıqdır. Kasıbların səsi boğulur, haqqı tapdanır. Şikayətçi narazı sakinlər bildirib ki, “hörmətli prezitentdən xahiş edirik ki. Qarabağı işğaldan azad etdiyi kimi buranında harınlamış məmurların işğalından qurtarsın!”Narazı sakinlər onuda bildirib ki, hansı yolla seçilməsi məlum olmayan Bələdiyyə sədri təkçə onların yox, Şəhid və Qazi ailələrinin də pay torpaqlarını xırd edərək başqa şəxslərə pul müqabilində satıb. Bunu kənd ağsaqqallarıda təstiq edir. Çünki Bələdiyyənin “fərasəti” nəticəsində demək olar ki, kənd sakinlərinin pay torbaqları tamami ilə başqaları tərəfindən ələ keçirilib.