Cəlilabadda “Kral” restoranı sərt karantin rejimini tanımır – foto
- 28.01.2021, 10:11,
- Gündəm / Cəmiyyət
- Baxılıb: 154
Facebook
Вконтакте
Одноклассники
Google+
Sərt karantin rejimi ilə əlaqədar ölkədə fəaliyyət göstərən kafe və restoranların fəaliyyətinə qadağa qoyuldu.
Tətbiq olunan qadağalara baxmayaraq bəzi sahibkarlar məsüliyyətsizlik nümayiş etdirərək dövlətin qanunlarına məhəl qoymamaqla, bir növ özlərini padşah hesab edir. Dosye.org-a daxil olan məlumatlar sırasında bildirilir ki, Cəlilabad rayonunda “Kral” restoranı heç bir qanun tanımır və eyni zamanda sərbəst şəkildə restoran müştərilərə yerində xidmət göstərir. Belə bir məqamda heç bir qadağalara məhəl qoymayan kafe və restoran sahiblərinin cəzasız qaldığı isə olduqca maraqlıdır. Əldə etdiyimiz məlumatlara görə “Kral” restoranı Rizvan Bayramov adlı sahibkara məxsüsdür.
Adı hallanan şəxs Cəlilabad rayonunda İran bazarının da sahibidir. Əslində bu cür sahibkarlar bilərəkdən qanunları bir kənara qoyub öz şəxsi maraqlarını düşünür.
Yoluxma hallarının artmasını nəzərə alsaq deməli restoran sahibləri düşündürən gündəlik gəlirləridir.
Xatırladaq ki, dünyanı bürüyən koronavirus pandemiyası ölkəmizdə də xeyli insan həyatı üçün təhlükə yaradmışdır. Bu məqasədlə dövlətimiz bütün vasitələrdən istifadə edərək lazımı tədbirlər görür və koronavirus pandemiyasının yayılmaması üçün ən yüksək səviyyədə işlər görür.
Görünür, Cəlilabad rayonunda Rizvan Bayramov insanların taleyi maraqlandırmır. Aidiyyət qurumların susmağa üstünlük verməsi isə dəhşətdir….
Mövzüya yenidən qayıdacayıq.
DOSYE.ORG