Samir Şərifovsuz YENİ İL... - BU DƏFƏ DƏ BAŞ TUTMADI...
- 25.12.2020, 18:16,
- Gündəm / Cəmiyyət
- Baxılıb: 207
Facebook
Вконтакте
Одноклассники
Google+
- "Əslində Samir Şərifov hələ "Beynəlxalq Bank işi"ndə "vurulmalı" idi. Nəinki işindən uzaqlaşdırılmalı, həbs olunmalı idi. Amma vəziyyətdən çıxa bildi. Həmin ərəfədə mətbuatda olduqca ciddi faktlar açıqlandı və bir günün içində Samir Şərifovun emissarları qapı-qapı gəzərək həmin faktlar dolu materialları "zərərsizləşdirə" bildilər. Amma realda onunla bağlı qərar verilmişdi. Görünəni o idi ki, hansıa "sirli əl" sonuncu dəfə Samir Şərifovu qoruya bilmişdi..." Bu sözlər DİA.AZ-a göndərilən məqalədə yer alıb.
Məqalə müəllifi daha sonra yazır: "Samir Şərifov keçmiş PA rəhbəri Ramiz Mehdiyevin kassiri olub. Onlar ölkə büdcəsinə şəxsi öul kisəsi kimi yanaşıblar. İndi isə Samir Şərifov bir Maliyyə Naziri olaraq işinə davam edir. Buirada yetərincə təəcüb yaradan məqamlar var.
- Şərifov Ramiz Mehdiyevin kadrıdır. Amma yeniləşən komandada qərarlaşırmış kimi görünməyə müvəffəq olub.
- Şərifov keçmiş ABB (Azərbaycan Beynəlxalq Bankı) sədrinin ən yaxın SİLAHDAŞLARINDAN olub və Cahangir Əsgərovun ayağında olan itirilmiş milyardların daha bir səlahiyyətli sorumlusu məhz Samir Şərifovdur. Amma nədənsə gizlənməyə müvəffəq olub.ş
- Şərifov bu gün yeniləşən iqtidar düşərgəsində "ehtiyat təkər" qədərində beelə əhəmiyyətli olmasa da, vazkeçilməzlərdən hesab olunur ki, bu da onun barəsində deyiləna "Samir Şərfiovu postunda məhz "5-ci kolon" qorumaqdadır" kimi məşhur ifadəyə haqq qazandırmaqdadır.
Yəni bunca arqument və faktlara rəğmən Samir Şərifovla bağlı "yuxarıların" əslindən çoxdan verməli olduqları qərarı yubanır. Nə baş verir? Əslində heç nə... Əgər nəsə baş versəydi yeni ilə, yeniləşən büdcə ilə yanaşı, Maliyyə Naziri postunda da yeniliyə gedilərdi. Niyə? Hansı səbəbə? Bu barədə növbəti yazımızda faktları təqdim edəcəyik".
İddia olunanlarla bağlı bütün maaraqlı tərəfləri dinləməyə hazırıq...