Prezident İlham Əliyev dəfələrlə məmurlara xəbərdarlıq edərək onların nümünə olmalarını nəinki özlərinin, hətta ailə üzvülərinin, yaxın qohumlarının belə vətəndaşlarla davranış qaydalarında həssas olmalarını, onlara diqqət etməyi tapşırıb. Möhtərəm Prezidentin baş verən qanunsuzluqlara, məmur özbaşnalığına qarşı bu cür kəskin reaksiyası əhali arasında müsbət qiymətləndirilib və alqışla qarşılanır.
Təəssüflər olsun ki, bu qədər tapşırığa, xəbərdarlığa baxmayraq Yevlaxda məmur ailəsinin özbaşnalığı hələ də davam edir.
XeberTv.info bildirir ki, Xeberfakt.az-a daxil olan məlumata əsasən Yevlax rayon İcra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizovanın qardaşı Əzizov Müseyib rayonda gündəmi narkotik vasitələrin kəskin aludəçisi və dövrüyəçisi kimi zəbt etməkdə davam edir. Təbii ki, bunun başlıca səbəbi dünyanın bütün naz-nemətinin dadını bilən Müseyib Əzizovun sonda həzz üçün narkotikanın da dadına baxmasıdır.
Bu cür məmur ailələrinin harınlığı üzündən vətəndaşlarda dövlətə qarşı bir narazılıq yaranır. Cəmiyyətdə belə bir düşüncə formalaşıb ki, bütün bunların artmasına "dövlət şərait yaradır, göz yumur”. Amma burda dövlətin heç bir günahı yoxdur, günahı olan harınlamış Elnarə Əzizova kimi məmurlardır.
Məlumata görə, Müseyib Əzizov dəfələrlə narkotik vasitə ilə rayon polis idarəsinə aparılıb. Hələ əvvəlki polis rəisinin vaxtında 1-2 saat polis idarəsində sorğu sual edildikdən sonra, bacısı Elnarə Əzizovanın işə müdaxilə etməsi nəticəsində qardaşı "qazamatdan" çıxarlıb.
Beləliklə Elnarə Əzizova qardaşının əyri əməllərini digərlərinin üzərinə ataraq, rayon əhalisinin fikirlərini yayındırmağı bacarmış özünün və ailəsinin “mələk cildini” qoruyub saxlaya bilmişdir.
Elnarə Əzizovanın başı təkcə qardaşının "Narkoman əmməllərinin " üstünü ört-basdır etməyə qarışmayıb, eyni zamanda rayonda fəaliyyət göstərən uşaq baxçalarının qənimi kimi də gündəmi zəbt edir, körpələrin yeməyinə belə göz tikən Elnarə xanıma karonavirusun gəlməyi heç sərf etmir, çörəyi kəsilib. Baxcalara, məktəblərə və digər müəssisələrə rüşvət alaraq işçi götürən xanım müavin əli, ayağı dayanmır, gözü çıxarılmış həmkarlarının aqibətindən qorxmur. Nə deyək "qozbeli qəbir düzəldər".
Ancaq inanıram ki, Elnarə xanımı qəbir düzəltməsə də bir düzəldən aidiyyatı orqan tapılacaq.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq…