PRP, ingiliscədə “ Platelet Rich Plasma” ifadəsindəki kəlimələrin baş hərflərindən əmələ gəlmiş və insanın öz qanından əldə edilən maddənin iynə vasitəsi ilə tətbiq edilən müalicə metodudur. İynə vasitəsi ilə yeridilən bu maddə canlı trombositlərlə zəngin bir plazmadır. Plazma, qanın tromblaşmasına köməkci olan və trombosit adı verilən xüsusi hüceyrələr, böyümə faktoru və proteinlər təşkil edən bir qan birləşməsidir. Plazmanın tərkibində hüceyrənin böyüməsini təmin edən müxtəlif proteinlər vardır. Tədqiqatçılar, plazmanı qandan ayırıb konsentrasiya edərək trombosit hüceyrələri baxımından daha zəngin bir plazma olan PRP adlı qan birləşməsini əldə etmişlər.
PRP nin zədələnmiş toxumalara inyeksiya edilməsi bədəndə yeni, sağlam hüceyrələrin böyüməsini təmin edir. Bu da toxumanın bərpasını sürətləndirir.
PRP müalicəsi necə tətbiq olunur?
PRP terapiyası təxminən 30-40 dəqiqə müddətində , xəstənin qanının bir tibbi boruya toplanması ilə başlayar. Trombosit baxımından zəngin plazma, tam qanın digər komponentlərindən sentrafuqa vasitəsi ilə ayrılaraq istifadə ounur. Çünki trombositlər, yaralı toxumaları yeniləmək üçün lazım olan böyümə faktorları üçün təbii bir ehtiyat vəzifəsini yerinə yetirir. Trombositlərin ifraz etdiyi böyümə faktorları, kollagen sintezini və tendon kök hüceyrələrində gen və protein fəaliyyətini artıraraq toxumanın bərpasını tezləşdirir. Bu böyümə faktorları qan axımını sürətlənirir və qığırdaqların daha sərt və elastik vəziyyətə gəlməsini təmin edir.
PRP inyeksiyası fərqli formada tətbiq oluna bilər. Məsələn; saç tökülməsi, osteoartritlərdə və s. inyeksiya edilmədən öncə, əgər lazım olarsa lokal olaraq keyləşdiricidən istifadə olunur. Ümumiyyətlə inyeksiya zamanı ağrını azaltmaq üçün PRP ilə hər hansı bir lokal anestezik məhlul qarışdırılır.
PRP necə istifadə olunur?
PRP inyeksiyası bu sahədə təhsil almış mütəxəssislər tərəfindən tətbiq olunur. Proses bir birini növbələyən müxtəlif mərhələlərdə yerinə yetirilir. PRP tətbiqi bu şəkildə yerinə yetirilir:
Əvvəlcə inyeksiya ediləcək PRP ni hazirlamaq üçün sağlıq personalı tərəfindən xəstədən bir miqdar qan alınır. Alınan qan miqdarı PRP nin hansı nahiyəyə inyeksiya ediləcəyinə bağlıdır.
Steril şərtlər altında alınan qan nümunəsi bir sentrafuqa cihazına yerləşdirilir. Sentrafuqa cihazı, tez bir zamanda çevrilən və qan birləşməsinin ayrılmasını təmin edən bir cihazdır. Bu proses təxminən 15 deqiqə sürür və trombositləri digər formalı elementlərdən ayırır.
Daha sonra hazır plazma zədə görən bölgəyə yeridilir.
PRP nin ən geniş istifadə olunan sahələri bunlardır:
- Saç tökülməsi;
- Bağların və vətərlərin yaralanmaları;
- Əməliyat sonrası;
- Osteoartrit;
- Dərinin gəncləşdirilməsi;
PRP prosedurundan sonra tətbiq olunan nahiyyəyə 10-15 dəqiqə buz qoyulması tövsiyə olunur. PRP prosedurundan dərhal sonra yaxşılaşma hiss olunmur, çünki böyümə faktorlarının aktiv olması üçün zaman lazımdır. Bu səbəblə prosedurdan sonrakı bir neçə həftə və ya ay içərisində yaralanan nahiyyənin daha sürətli yaxşılaşdığı hiss olunur.
Reyhan Hüseynova
Kök Hüceyrə mütəxəssisi