Yeni həbslər olacaq:icra başçısına 200 min manat verən Qərənfil Əhmədova necə təhsil müdiri oldu?

Yeni həbslər olacaq:icra başçısına 200 min manat verən Qərənfil Əhmədova necə təhsil müdiri oldu?

Günə səhər saatlarında DTX-nın Cəlilabad rayon İcra Hakimiyyətində xüsusi əməliyyat keçirməsi xəbəri ilə başladıq.

Bildirildi ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, İcra başçısının köməkçisi, birinci müavini Mənsur Məmmədov, Ərazi özünü idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yaşar Vəliyev və Bələdiyyə sədri həbs ediliblər.

Lakin həbs edilənlərin siyahısı çox güman ki, bu şəxslərlə yekunlaşmayacaq. Cəlilabad Təhsil Şöbəsinin qalmaqallı müdirəsi Qərənfil Əhmədovanın da haqqında kifayət qədər rüşvətlə bağlı şikayətlər var..

Kaim.az xatırladır ki, 2019-cu ilin fevral ayında RİHB-nın 33 nömrəli sərəncamı ilə Cəlilabad RTŞ-nin müdiri vəzifəsinə Qərənfil Qorxmaz qızı Əhmədova təyin edilib. Bu təyinata qədər isə Qərənfil xanım Cəlilabad şəhər 8 nömrəli humanitar və texniki fənlər təmayüllü məktəb-liseydə direktor vəzifəsində çalışıb…

Rayondakı qaynaqlarımızın bildirdiyinə görə Qərənfil Əhmədova ilə bağlı rəhbər olaraq ictimai rəy əvvəlki vəzifəsində də birmənalı olmayıb. Qərənfil Əhmədovanın həyat yoldaşı ağır cinayət törətdiyi üçün illərdir həbs olunub və hal hazırda azadlıqdadı. Amma buna baxmayaraq Əhmədova vəzifəyə” layiq” görülüb.

Üstəlik məktəbdə işlədiyi vaxt Qərənfil Əhmədovanın özü baradə korrupsiya ittihamı ilə cinayət işi qaldırılıbmış.

Lakin havadarlarının köməyi ilə işi qapada bilib.

Sonradan yerli Zaur adlı yaxınının əli ilə yeni təyin olunmuş Namiq Zeynalova çıxış tapıb. Və, 3 mərhələ ödəmə şərti ilə 200 min manat verərək Cəlilabad RTŞ-ə müdirə təyinatına nail olub.

Vəzifəyə görə verdiyi rüşvəti geri qaytarmaq üçün rayonda hansı rüşvət mühitinin yaratması isə göz qabağındadır. Q.Əhmədova çağırdığı bütün iclaslarda məktəb direktorlarından, icra başçısının adından pul toplanmasını ifadə edib. Bu haqda kifayət qədər videogörüntü və şikayətlərin olduğu bildirilir. İcra başçısını həbs edən DTX Əhmədovanın fəaliyyətin də araşdırarsa faktlar təsdiqini tapar.

Görünən odur ki, elə işlər bu istiqamətdə də gedəcək. İcra başçısına rüşvət verib vəzifə tutanların hər kim olması, DTX-nin apardığı istintaqda məlum olacağı əlbəttdə ki, uzaqda deyil.
Mədəniyyət