Azərbaycanın regionlarında və paytaxt Bakıda, yol-nəqliyyat infrastrukturu müasirləşdirilib. Avtomobil yolları şəbəkəsi, yenidən qurulub. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilib. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsini daha da sürətləndirib.
Eyni zamanda, yol inşaatçıları tərəfindən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində təkcə beynəlxalq əhəmiyyətli magistralları deyil, ölkənin rayonlarındakı kəndlərarası yollar da yenidən qurulur. Bununla da bölgələrdə yaşayan əhalinin gediş-gəlişi asanlaşır və yetişdirdikləri məhsulun mərkəzə daşınmasında əvvəllər mövcud olan çətinliklər aradan qalxır. Həmin yollar hesabına təbii ki, regionların iqtisadi potensialı da yüksəlir.
“Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir”
Lakin bu sahədə neqativ halların da hökm sürdüyü danılmaz bir faktdır.
Məsələn: Tərtər rayonunu yollarına cavabdeh olan 29 saylı Tərtər Yol İstismar İdarəsinin fəaliyyəti bi baxımdan ürəkaçan deyil. Bu İdarənin xidmət etdiyi avtomobil yolunun uzunluğu-270 km, onun da 79 km respublika əhəmiyyətlidir. Bu İdarəyə bizə verilən məlumatlara görə uzun illər Əliqulu Bayramov rəhbərlik edib. Əliqulu Bayramovun rəhbərliyi dönəmində Tərtərin yollarının demək olar ki, bərbad vəziyyətdə olduğunu bildirən mənbənin sözlərinə görə idarəyə hələ də nəzarət edən Əliqulu Bayramov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovla çox yaxşı münasibətləri olduğu üçün, oğlu Ramil Bayramovu öz yerinə təyin etdirərək idarəyə nəzarət funksiyasını öz əlində saxlayıb. Bu məsələdə ona hətta Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun da gücü çatmayıb. Məlumatlı mənbənin sözlərinə görə 29 saylı Tərtər Yol İstismar İdarəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sabiq sədr Cavid Qurbanovun rəhbərlik etdiyi dövrdə də Əliqulu Bayramovun sözünü qarşısına söz qoya bilən olmayıb. Bu da ancaq hazırki sədr Saleh Məmmədovla olan yerliçilik və sıx döstluq münasibətlərinin olması ilə bağlıdır.
Elə Saleh Məmmədovun sayəsində son dövrlər 29 saylı Tərtər Yol İstismar İdarəsinə ayrılmış vəsaitlər hesabına rayonon kənd yollarının bir qismi təmir olunub. Maraqlıdır görəsən uzunluğu 20- 23 kilometr olan Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı kəndlərarası avtomobil yolunun yenidən qurulmasına nə qədər vəsait ayrılmışdı və bu vəsaitin nə qədəri təyinatı üzrə xərclənib. Tərtər-Hindarx avtomobil yolunun Tərtər rayonunun ərazisindən keçən hissəsinin əsaslı təmirinə ayrılmış vəsait də həmçinin.
Məlumatlı mənbənin sözlərinə görə 29 saylı Tərtər Yol İstismar İdarəsinin hazırki müdiri Ramil Bayramova Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov xüsusi qayğı ilə yanaşaraq, kifayət qədər sərbəstlik verib. Çünki o,sədrin dostunun oğludur.
Ardı var…
Qarşı tərəfi dinləməyə hazırıq.