Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə


Beyləqan şəhəri Nizami küçəsi 35 ünvanında yaşayan Əhmədov Xaqani Xasay oğlu tərəfindən 051-799-44-33

Ərizə
Hörmətli cənab Prezident!
Bildirirəm ki, mən bundan əvvəl də Sizə Beyləqan rayonunun mərkəzində yerləşən ulu öndərimiz Heydər Əliyev cənablarının adını daşıyan, ümumi istifadə üçün nəzərdə tutulmuş istirahət və mədəniyyət parkının rayon sakini Vahid Abdullayev adlı şəxsə və oğluna Əmlak Məsələləri Komitəsinin məsul şəxsləri və keçmiş icra başçısı Vaqif Abdullayev tərəfindən qanunvericiliyə uyğun olmayan qaydada satılması barədə şikayət ərizələri ilə müraciət etmişdim.
Əvvəlcə onu qeyd edim ki, müraciətlərimə məhəl qoyulmur, heç bir araşdırma aparılmır, heç bir tədbir görülmür.
Mənim müraciətimin araşdırılmamasının səbəbini belə başa düşürəm ki, şikayət etdiyim adamlar indi masqalanıb yeni yaradılmış Əmlak Xidmətində də yüksək vəzifə tutublar. Ona görə də mənim haq səsim öz yerinə çatmır. Adlarını aşağıda qeyd edəcəyim yüksək vəzifəli məmurların masqalanmasını boş yerə qeyd etmirəm. Belə ki, onlar Azərbaycan Xalqının Ümumilli lideri, xilaskarımız, bu günkü stabilliyin banisi omuş mərhum HEYDƏR ƏLİYEV cənablarının adını daşıyan ümumi istifadədə olan Beyləqan şəhərinin mərkəzində yerləşən parkı pul müqabilində Vahid Abdullayevə və oğluna (güya ki, həmin parkda tikili olub və o tikili qarışıq parkı satıblar) satıllarsa sözzüz ki, onlar gələcəkdə rüşvət müqabilində daha qorxulu işlər görəcəklər.
Hal-hazırda Respublikamızda rüşvətxorluğa və korrupsiyaya qarşı aparılan yüksək səviyyəli mübarizəyə inanaraq Sizi məlumatlandırıram ki, Beyləqan şəhərinin mərkəzində yerləşən parkı qeyri-qanuni satıldığı üçün geri qaytarıb əhalinin ümumi istifadəsinə qaytarılmasına yardımçı olasınız.
Ən qorxulusu isə odur ki, hələ görün nə qədər parklar meşəliklər və digər satılması qadağan olunan ərazilər var. Bu adamlar o layiq olmadıqları vəzifələrdə masqalanaraq fəaliyyətlərini davam etdirəcəkləri müddət ərzində görün bizi nələr gözdüyür. Bu admalar ağa qara donunu qanuni şəkildə geyindirməyi bacarırlar və bunu son nəfəslərinə kimi müdafiə edirlər. Bunun da səbəbi odur ki, Rafiq Cəlilovun, Məhəmməd İmanovun, Yusif Qəmbərovun, keçmiş İcra başçımız Vaqif Abdullayevin, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Tofig Heydərovun dili Beyləqan rayon sakini Vahid Abdullayevin yanında qısdır, üzləri qaradır.
Ən son Abşeron rayonunda və Şirvan şəhərində hüquq mühafizə orqanlarımızın apardığı uğurlu əməliyyatlar mənim dediklərimi tam təsdiq edir.
Hörmətli cənab Prezident!
Yuxarıda qeyd etdiklərimin hər biri sənədlərə və sübutlara söykənir. Əmlak Komitəsinin yüksək vəzifəli şəxsi Məhəmməd İmanovun Vahid Abdullayevdən külli miqdarda aldığı rüşvəti alıb Rafiq Cəlilova verməsi müqabilində parkın ona satılmasında vasitəçi olmağını özü və Xidmətin yüksək rütbəli məmuru hər dəfə kişilikdən düzdükdən danışan Yusif Qəmbərov adlı əməkdaşının mənə bildirdiyini bundan əvvəlki ərizələrimdə də Sizə bildirmişdirm.
Məhəmməd İmanov mənə zəng vurub deyir ki, “sənə kim deyib ki, mən Vahiddən pul almışam”?
Onun yadınnan çıxıb ki, mənim qoluma girib “hörmət əlaməti olaraq” maşına qədər ötürəndə özü bunu “ürəyini açıb” bildirib və Yusif Qəmbərov da bunu sonradan mənə deyib. O vaxdı mənnən xahiş edirdi ki, şikayət ərizələrin yazma.
İndi isə ərizəmə əlavə etdiyim ekspert rəyində qeyd edilənləri Sizə çatdırmaq isdəyirəm. Məsələ ilə əlaqədar hazırlanmış ekspert rəyindən görünür ki, ümumilli liderimizin adını daşıyan parkın qanunsuz olaraq özəlləşdirilməsində Beyləqan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vaqif Abdullayev də tam şərik olaraq iştirak edib, yəni ki, Vahid Abdullayev Məhəmməd İmanovun vasitəsi ilə İcra Başçısı Vaqif Abdullayevə “müraciət edib” və onun da “kabinetində olub”.
Ekspert rəyinin 2 və 3-cü səhifələrində qeyd edilir ki, ümumilli liderimiz, ulu öndər Heydər Əliyevin adını daşıyan ümumi istifadədə olan parkda GÜYA ki, iki yerdə 30 kv.metrlik obyektlər olub və həmin obyektlər ata və oğul Abdullayevlərə icarəyə verilib, bu işdə Mənzil İstismar İdarəsinin rəhbərliyi də İcra Başçısı Vaqif Abdullayevin əmrinə əsasən qanunsuz arayış verib. Həmin dövrdə Beyləqan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri işləmiş Zakir Mehtiyev adlı şəxs bu qansuz sərəncama viza vermədiyinə görə o vaxdı Vaqif Abdullayev tərəfindən işdən azad edilib. Zakir müəllim Dövlət orqanlarına şikayət etsə də, hətta yutub kanalında müraciətlər etsə də heç bir nəticəsi olmadı.
Əksinə olaraq bildirirəm ki, hal-hazırda Google proqramının görüntülərinə vicdanlı, rüşvətlə iş görməyən bir isdənilən adam baxsa görəcək ki, həmin parda ağaclar olub. Həmin ağacların qırılmasını və parkın ərazisi ilə gedən beton-tamet səkilərin olmasının fotoşəkillərini əvvəlki ərizəmə əlavə etmişdim.
Məhəmməd İmanovun vasitəçiliyi, Rafiq Cəlilovun rəhbərliyi ilə ümumilli liderimiz Heydər Əliyev cənablarının adını daşıyan park satıldığdan sonra masqlanmış məmurların dili artıq Vahid Abdullayevin yanın qısa olduğundan o tamahlanıb əlavə 33 sot da torpaq sahəsini zəbt etdi.
Əvvəlki müraciətlərimlə əlaqədar rayona bir qrup məsul şəxslər ezam olundu.Yerdə həqiqətən də şikayətimin əsaslı olduğu öz təsdiqini tapdı. Hətta Vahid Abdullayevə qanunsuz satılmış ərazidən əlavə 33 sot torpaq sahəsinin zəbt olunması faktı da aşkar olundu, bu barədə akt da tərtib olundu. Həmin aktın surətin bundan əvvəlki şikayət ərizəmə əlavə etmişdim. Sonradan mənə məlum oldu ki, masqalanmış məmurlar Vahid Abdullayevdən dilləri qısa olduğuna görə həmin özlərinin yazdıqlrı aktı İnzibati Məhkəməyə verib ləğv elətdiriblər.
Hörmətli cənab Prezident!
Bunaların masqası nə 30 qəpiylik, nə 4 manatdığ, nə 17 manatdığ nə də 40 manatdıq alman masqasınnan deyil. Bunlar xamelyon dəri altında olan əqidələrində olan masqalardan istifadə edirlər. Belə olmasaydı bunlar dildə HEYDƏR ƏLİYEV idealogiyasını artistlik edərək yalannan təbliğ edib əməldə isə HEYDƏR ƏLİYEV adını daşıyan parkı qanunsuz olaraq satmazdılar. Hesab edirəm ki, bu əqidəli adamların Dövlət Qulluğunda yüksək vəzifə tutmaları çox təhlükəlidir. Mən hesab edirəm ki, Azərbaycanlı olan hər bir şəxs ULU ÖNDƏRƏ bu günkü həyatımıza görə borcludur. Bunlar isə çörək yedikləri qaba tüpürən adamlardı.
Bunlar: Rafiq Cəlilov, Məhəmməd İmanov, Yusif Qəmbərov məni dəfələrlə ayrı-ayrılıqda və birlikdə Əmlak Komitəsinə çağırıb “KİŞİ” kimi mənə söz verdilər ki, şikayət ərizələrini dayandır Vahidin və oğlunun Çıxarışlrın Məhkəmədə ləğv elətdirəcəyik ki, bizə verdiyi pulu geri tələb edə bilməsin. Hətta Yusif Qəmbərov kişiliyinə and içirdi ki, Respublikada Rafiq Cəlilovun sözünü icra etməyən hakim o vəzifədə işləyə bilməz. Ged arxayın yazma, tapşırıldı. Yusif Qəmbərov bildirirdi ki, Vallah Məhəmməd İmanov da hamı kimi faizə işləyir. Yəni Rafiq Cəlilova gətirdiyi rəqəmin hardasa 10 faizin alır. Sən yazdıqca onu məcbur edirlər ki, ged alduğun pulu tam qaytar. O da çətin məsələdi.
Sonradan mən buların doğru olduğunu İmşli Rayon İcra Hakimiyyətinin Başçısı Vilyam Hacıyevin aldığı rüşvətin müəyyən qismini pulu gətirən adama qaytararkən lentə alınmış görüntülərdə gördüm. Və inandım ki, Yusif Qəmbərov həqiqəti deyirmiş. Yəni rüşvət məsələsində pul gətirənə faiz qaytarırlarmış.
Bunların məni belə aldadmasının səbəbini sonradan bildim ki, onlar masqalanıb təzə kamandada özlərinə yer tutməq isdəyiblərmiş. Çox təəssüf hissi ilə qeyd edirəm ki, bu adamlar yenə də Əmlak Xidmətində at oynadır, öz əməllərini davam etdrirlər. Kabinetlərində də Hörmətli cənab Prezidentimizin və Mərhum ümumilli liderimiz Heydər Əliyev Cənablarının portretlərini asıblar. Lakin onun adını daşıyan parkı rüşvət müqabilində qansuz olaraq satıblar.
Mən bu işin ekspertizası aparılarkən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi igid eloğlumuz Xudaverdi Kərimovun qəbulunda da oldu. Növbəti professional artistliyin burda da şahidi oldum. Ona izah elədim ki, sözügedən ərazi ümumilli liderimizin adını daşıyır, yənib bu işə mütəxəssisləriniz obyektiv yanaşsınlar. Xudaverdi Kərimov ona bu işin Yusif Qəmbərov tərəfindən tapşırıldığını bildirdi. Söhbətin sonunda mənə İlham Şərifov adlı mütəxəssisə “OBYEKTİV” rəy yazdıracağı müqabilində 10 min manat lazım olduğunu bildirdi. Mən də bunun rüşvətxor olduğiunu görüb maraq üçün qiyməti “öldürdüm” 6 min manatda razılaşdıq. Təbii ki, mən ona bu pulu vermədim və vermək fikirim də yox idi. Sadəcə olaraq Xudaverdi Kərimovun əsil siması mənim üçün maraqlı idi. Gördüm ki, bu igid məmur da çox bahalı masqadan istifadə edir və həm də professional adam aldadmaq qabiliyyətinə malikdi.
Sonradan Beyləqan rayonuna bu işin ekspertizası ilə əlaqədar İlham Şərifov adlı şəxs gəldi. Bizim rayonun Məhkəmə işlərinə adətən Fizuli rayonu Layihə Tədqiqat idarəsindən Cəfər adlı və digər mütəxəssislər gəlirdi. Mən bu İlham Şərifovun niyə bura gəldiyini sorşanda bildirdilər ki, iş “Kantroldadı”. Əmlak Komitəsində də işin “Kantrolda” olması o demək imşi ortada “BABAT” pul var. Bu məsələri mənə indi Əmlak Komitəsi ləğv olunduqadan sonra orada əvvəllər çalışan əməkdaşlar danışır. O vaxdı bu məsələləri qorxudan heç kim mənə deməyib. Beləliklə Xudaverdi Kərimova rüşvəti vermədiyimə görə parkın özəlləşdirilməsinə İlham Şərifov tərəfindən tam “qanuni” don geyindirildi. Sonrdan mənə məlum oldu ki, Xudaverdinin “maraq” dairəsində olan işlərə inanılmış adamolaraq İlham Şərifov rəy verir.
İndi mənə danışırlıar ki, o vaxdı Vahid Abdullayevin rəyini heç Xudaverdi Kərimov poçt vasitəsi ilə də göndərməyə qoymadı. İş təcilidi deyib əllə Ekspertiza Mərkəzinə çatdırdı. Xudaverdi Kərimovun idarəsiində aylarla hətta ildən də çox rəysiz, baxılmamış işlər süründürülür. Bu işə isə “nəyə görəsə” tez rəy verildi.
Mən surətini ərizəmə əlavə etdiyim və yerində ekspertə təqdim etdiyim, Əmlak Komitəsinin elektron bazasından çıxarışı ekspertə göstərib bildirdim ki, Ümumilli liderimiz Heydər Əliyev adına park bütün baza materiallarında Bazara bitişikdi. İlham Şərifov dedi ki,: mən necə yazsam park elə də olacaq.
Sonradan ekspert həqiqətən də İlham Şərifovun rəyinin ağ yalan olduğunu cox gözəl formada öz rəyində qeyd etdi. (rəyin surətini əlavə edirəm)
Yəni Məhkəmə Ekspertizası Mərkəzinin Ekspertinin rəyi obyektiv yazıldı. Ərazinin parka aid olduğu həmin rəydə qeyd edildi. Mənə elə gəlir ki, İlham Şərifov adlı mütəxəssisin gözdən əlilliyi var yəni azı bir gözü kordu, görmür. Ona görə ki, iş materiallarında olan, istinad elədiyi sxemdə olanı yəni gözü ilə gördüyünü rəyə düzgün yazmır, bilə-bilə yalan rəy verir. Onu da qeyd edim ki, hələ də İlham Şərifov Xudaverdi Kərimovun sevimlisi olaraq “KANTROLDA” olan “BABAT” işlərə rəy verir və eşitdiyimə görə Ağdam rayonundan məcburi köçkün olmasına baxmayaraq vəziyyəti əladı, yəni əla qazanır.
Mənə elə gəlir ki, hakim Tofiq Heydərovun da gözdən əlilliyi var və yəni onun da ən azı bir gözü kordu. Əgər belə olmasaydı iş materiallarında olan rəngli xəritədə yazılan sözləri oxyub HEYDƏR ƏLİYEV parkı sözlərin görərdi və ulu öndərimizə hörmət əlaməti olaraq bu işə obyektiv baxardı. Tofig Heydərov isə bunun əksinə olaraq eksperti prosesə çağırıb mədəni formada hədələdi və ona bildirdi ki, niyə mütəxəssis rəyindən kənara çıxmısan.
Hörmətli Cənab Prezident!
Mənə elə gəlir ki, bu gün Azərbaycan Respublikasında Dövlət qulluğunda yüksək və ya hər hansı bir vəzifə tutan məmur ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEV cənablarının adı gələrkən onu daxilən rəğbət, hörmət və minnətdarlıq hissi ilə anmalı, ona borclu olduğunu hiss eləməlidi. Bu adlarını aşağıda qeyd edəcəyim məmurlar isə HEYDƏR ƏLİYEV idealogiyasına yalannan dildə xidmət edərək əmlləri isə yuxarıda qeyd etdiklərim qanunsuzluqalardan ibarətdir.
Rafiq Cəlilov, Məhəmməd İmanov, Yusif Qəmbərov, Xudaverdi Kərimov, İlham Şərifov, Vaqif Abdullayev.
Hal-hazırda müraciətlərə şəffaf obyektiv baxıldığına ümid bəsləyərək Sizdən xahiş edirəm ki, müaraciətimə obyektiv baxasınız.

İmza: Xaqani Əhmədov.


AZƏRBAYCAN RESPUBLIKASI
ƏDLİYYƏ NAZİRLİYİ MƏHKƏMƏ EKSPERTİZASI MƏRKƏZİ


EKSPERTRƏYİ

EKSPERTİZANINNÖMRƏSİ:11333


TARİXİ: “15”iyul2019-ciil


MÜLKİİŞİN (MATERİALIN) NÖMRƏSİ: 2-(106)-1164/2019


EKSPERTİZANITƏYİNEDƏNORQAN (ŞƏXS):Şirvan Apellyasiyaməhkəməsi
(hakim Tofiq Heydərov)


EKSPERTİZANITƏYİNEDİLMƏSİHAQQINDAQƏRARINTARİXİ: “19” mart2019-cu il.


DAXİLOLMATARİXİ:“30” aprel 2019-cuil


EKSPERTİZANIN NÖVÜ VƏİXTİSAS SAHƏSİ: Məhkəməmühəndis-texnikiekspertizası, tikinti-texnikiobyektlərinintədqiqi


TƏDQİQATOBYEKTLƏRİ: 2-(106)-1164/2019saylımülkiişmaterialları.


TƏDQİQATMETODU: Tikinti-texnikiobyektlərinintədqiqatmetodikası.

EKSPERTİZANINİCRAÇISI:Məhkəməekspertizasımərkəzininmühəndis-texnikiekspertizalarşöbəsinineksperti, ali texniki təhsilli, tikinti-texnikieksperti, III dərəcəli ədliyyə qulluqçusu Teymur Seymur oğlu Məmmədov

"Mənə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 269-cu maddəsinə və “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən məhkəmə ekspertizası idarəsinin rəhbəri tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 97-ci maddəsilə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 63 və 100-cü maddələrilə müəyyən edilmiş hüquq və vəzifələrim izah edilməklə bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət barəsində xəbərdarlıq edildi”.


EKSPERTİZAQARŞISINDAQOYULANSUALLAR:

1.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən 29 yanvar 2011-ci il tarixli, 1287659 saylı və 25 iyul 2014-cü il tarixli, 0434573 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən üçüncü şəxslər Abdullayev Vahid Cəmil oğlunun və Abdullayev Asəf Vahid oğlunun mülkiyyətlərinə verilmiş 0.34 ha və 0.24 ha torpaq sahələri ( qeyri-yaşayış sahələri, binaları, torpaq sahələri) Beyləqan şəhəri H.Əliyev adına istirahət parkının sərhədləri daxilində, yoxsa kənarda yerləşir?

Qeyd: ekspert qarşısında qoyulmuş suallarməzmunundadəyişiklikedilmədən qərardadda oldugu kimi köçürüldü.

TƏDQİQAT OBYEKTLƏRİNİN GÖNDƏRİLMƏ ŞƏKLİNƏ DAİR MƏLUMAT:

30 aprel 2019-cuil tarixdə Məhkəmə ekspertizası mərkəzinə, Şirvan Apellyasiya məhkəməsinin hakimi Tofiq Heydərovun sədrliyii ilə keçən məhkəmə iclasının 19 mart2019-cu il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün 2-(106)-1164/2019 saylı mülki iş daxil olmuşdur.
Ekspert qarşısında qoyulmuş sualların həlli məqsədilə, tədqiq olunan torpaq sahələrinə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mütəxəssisləri tərəfindən"GPS" sistemli avadanlıq vasitəsilə ölçü işlərinin aparılmasıvə tədqiqat obyektinə baxış keçirilməsi, eləcə də mütəxəssis rəyinin mərkəzə təqdim olunması barədə məhkəməyə 03.05.2019-cu il tarixli 11333 saylı vəsatət göndərilmişdir.
Ekspertin və Azərbaycan RespublikasıƏmlakMəsələləriDövlətKomitəsiyanındaDaşınmazƏmlakınKadastrıvəÜnvanReyestriXidmətininmütəxəssisi tərəfindən tədqiqat obyektlərinə baxış keçirilmişvə 02 iyul 2019-cu il tarixdə mütəxəssis rəyi Mərkəzə təqdim olunduqdan sonra tədqiqat davam etdirilmişdir.

TƏDQİQATPROSESİNİNTƏSVİRİ:

TədqiqatBeyləqan rayonu ərazisində yerləşən torpaqsahələri üzrə aparılır.
Azərbaycan RespublikasıƏmlakMəsələləriDövlətKomitəsiyanındaDaşınmazƏmlakınKadastrıvəÜnvanReyestriXidmətininrəis müavini Rafiq Süleymanovunimzasıilətəsdiqedilmiş27 iyun 2019-cuiltarixli 190920303951saylıməktubla göndərilmiş, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri XidmətininYerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Abdullayev Vahid Cəmil oğlunun Beyləqan şəhəri, S.İmrəliyev küçəsi, döngə 2A ünvanında yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququna registrdən çıxarış, Əmlak Məsələləri dövlət Komitəsinin 11 saylı ərazi şöbəsinin müraciəti əsasında hazırlanmış qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsinin baş planı, dövlət əmlakının icarəyə verilməsi haqqında 30 yanvar 2014-cü il tarixli, 6163 saylı müqavilə, 21 fevral 2014-cü il tarixli, 5274 saylı icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi, qeyri-yaşayış binasının eskiz planı, Beyləqan rayon MİS-nin qeyri-yaşayış binasının özəlləşdirilməsinə etiraz edilmədiyi barədə məktubu, 28 dekabr 2013-cü il tarixli, 1/412 saylı qeyri-yaşayış binasının və yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsinin məqsədəuyğun olması barədə Beyləqan rayon İcra Hakimiyyətinin Əmlak Məsələləri Dövlət Komitəsinə məktubu əsasında 11 aprel 2014-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 06 iyun 2014-cü il tarixli, 5009 saylı özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı müqaviləsi, əmlkaın dəyərinin dövlət büdcəsinə ödənilməsi barədə bildiriş məktubu, hesab vərəqəsi əsasında
isə sözügedən 30 kv.metr qeyri-yaşayış binası və yerləşdiyi 0.344 hektar torpaq sahəsi 30 iyul 2014-cü il tarixində reyestr nömrəsi 607013029714-06301 olan (0434573 saylı) çıxarışla Abdullayev Vahid Cəmil oğlunun xüsusi mülkiyyətinə verilmişdir.
Abdullayev Asəf Vahid oğlunun Beyləqan şəhəri, S.İmrəliyev küçəsi, döngə 2 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququna registrdən çıxarış, Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı ərazi şöbəsinin müraciəti əsasında hazırlanmış qeyri-yaşayış binasının eskiz planı, dövlət əmlakının icarəyə verilməsi haqqında 19 sentyabr 2013-cü il tarixli, 5789 saylı müqavilə, 27 sentyabr 2013-cü il tarixli, 5099 saylı icarəyə verilmiş əmlakın alqı-satqı müaviləsi, qeyri-yaşayış binasının texniki pasportunun hazırlanması barədə Beyləqan rayon MİS-nin 21 sentyabr 2013-cü il tarixli, 74 saylı məktubu, 29 sentyabr 2013-cü il tarixli məktubu , 16 avqust 2013-cü il il tarixli, 1/274 saylı qeyri-yaşayış binasının və yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsinin məqsədəuyğun olması barədə Beyləqan rayon İcra Hakimiyyətinin Əmlak Məsələləri Dövlət Komitəsinə məktubu əsasında torpaq sahəsi istifadədə olmaqla 25 oktyabr 2013-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 26 noyabr 2013-cü il tarixli, 4715 saylı, özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi, əmlakın dəyərinin dövlət büdcəsinə ödənilməsi barədə bildiriş məktub, hesab vərəqəsi əsasında 30 kv.metr qeyri-yaşayış binası və yerləşdiyi 0.24 hektar torpaq sahəsi reyestr nömrəsi 607013007037-06301 olan (0287659 saylı) çıxarışla 29 yanvar 2014-cü il tarixində Abdullayev Asəf Vahid oğlunun xüsusi mülkiyyətinə verilmişdir.
Yuxarıda qeyd edilənlərə, Abdullayev Vahid Cəmil oğlunun və Abdullayev Asəf Vahid oğlunun xüsusi mülkiyyətlərində olan torpaq sahələrinin özəlləşdirilməsi üçün hazırlanmış və Beyləqan rayon İcra Hakimiyyəti və Beyləqan İHBA-nın baş memarı tərəfindən təsdiq edilmiş (əvvəlki instansiya məhkəmələrinə təqdim edilmiş) texniki sənədlərə, Beyləqan şəhərinin Baş planına, ərazinin mövcud vəziyyətinin peyk görüntüsü sxeminə, iş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra Hakimiyyəti başçısının müavininin 14 saylı Beyləqan Ərazi Şöbəsinə ünvanladığı 10.03.2018-ci il tarixli məktubuna əsasən belə nəticəyə gəlmək olur ki, Abdullayev Vahid Cəmil oğlunun və Abdullayev Asəf Vahid oğlunun xüsusi mülkiyyətlərində olan torpaq sahələrinin özəlləşdirilməsi üçün hazırlanmış və Beyləqan rayon İcra Hakimiyyəti və Beyləqan İHBA-nin baş memarı tərəfindən təsdiq edilmiş sxemlərlə, Beyləqan şəhərinin Baş Planı, ərazinin mövcud vəziyyətinin peyk görüntüsü sxemi eynilik təşkil edir, qeyd edilən bu texniki sənədlərdə üst-üstə düşmə aşkar olunmur.
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən 29 yanvar 2011-ci il tarixli, 1287659 saylı və 25 iyul 2014-cü il tarixli, 0434573 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən üçüncü şəxslər Abdullayev Vahid Cəmil oğlunun və Abdullayev Asəf Vahid oğlunun mülkiyyətlərinə verilmiş 0.34 ha və 0.24 ha torpaq sahələri ( qeyri-yaşayış sahələri, binaları, torpaq sahələri) Beyləqan şəhəri H.Əliyev adına istirahət parkının mövcud sərhədləri daxilindən kənarda yerləşir.
Baxış zamanı Abdullayev Vahid Cəmil oğlunun və Abdullayev Asəf Vahid oğlunun istifadəsində olan torpaq sahəsi bir tərəfdən polis idarəsi ilə, ikinci tərəfdən Beylaqan bazarı ilə, üçüncü tərəfdən mağaza ilə və dördüncü tərəfdən park ilə əhatə olunmuşdur.
Mülki iş materiallarnda olan Beyləqan şəhərinin yerquruluşu planından çıxarışdan görünür ki, Beyləqan şəhərinin istirahət parkı bir tərəfdən Beyləqan bazarına bitişik vəziyyətdə, ikinci tərəfdən yol və futbol meydançası ilə, üçüncü tərəfdən inzibati binalar ilə və dördüncü tərəfdən yaşayış binalarının qarşısında olan torpaq sahəsi ilə əhatə olunmuşdur. (bax i.v. 15 və rəyə əlavə olunmuş ortofoto görüntüsü)
Eyni zamanda mülki iş materiallarnda olan Beyləqan şəhərinin baş planından çıxarışın təsnifatından görünür ki, Beyləqan şəhərinin H.Əliyev parkı 2 nömrə ilə qeydə alınmışdır. (bax i.v. 16)
Mülki iş materiallarında olan məlumatlar araşdırılarkənAbdullayev Vahid Cəmil oğlunun və Abdullayev Asəf Vahid oğlunun mülkiyyətində və istifadəsində olan torpaq sahələrininBeyləqan şəhərinin yerquruluşu və Beyləqan şəhərinin baş planından çıxarışlara əsasən, Beyləqan şəhəri H.Əliyev adına istirahət parkının sərhədləri daxilində olduğu göstərilmişdir.


Qeyd olunur ki, Azərbaycan RespublikasıƏmlakMəsələləriDövlətKomitəsiyanındaDaşınmazƏmlakınKadastrıvəÜnvanReyestriXidmətinin27 iyun 2019-cuiltarixli 190920303951 saylı mütəxəssis rəyində Beyləqan rayon İcra Hakimiyyəti və Beyləqan İHBA-nın baş memarı tərəfindən təsdiq edilmiş texniki sənədlərə və Beyləqan şəhərinin Baş planına əsaslanaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən 29 yanvar 2011-ci il tarixli, 1287659 saylı və 25 iyul 2014-cü il tarixli, 0434573 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən üçüncü şəxslər Abdullayev Vahid Cəmil oğlunun və Abdullayev Asəf Vahid oğlunun mülkiyyətlərinə verilmiş 0.34 ha və 0.24 ha torpaq sahələri ( qeyri-yaşayış sahələri, binaları, torpaq sahələri) Beyləqan şəhəri H.Əliyev adına istirahət parkının mövcud sərhədləri daxilindən kənarda yerləşdiyi qeyd olunmuşdur. Lakin mütəxəssis rəyində mübahisəli torpaq sahəsinin Beyləqan şəhərinin Baş planına əsasən Beyləqan şəhəri H.Əliyev adına istirahət parkının mövcud sərhədləri daxilindən kənarda yerləşdiyi göstərilməsinə baxmayaraq, həmin baş planın təsnifat hissəsində mübahisəli ərazi 2 nömrə ilə göstərilərək H.Əliyev adına istirahət parkı kimi qeyd edilmişdir.
Belə ki, mütəxəssis rəyinin özündə, eyni zamanda mütəxəssis rəyinin nəticəsi ilə aparılmış ekspertiza tədqiqatı arasında olan ziddiyyətlər son nəticədə məhkəmə tərəfindən qiymətləndirilə bilər.

TƏDQİQATINNƏTİCƏSİ:
Azərbaycan RespublikasıƏmlakMəsələləriDövlətKomitəsiyanındaDaşınmazƏmlakınKadastrvəÜnvanReyestriXidmətininYerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki,Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən 29 yanvar 2011-ci il tarixli, 1287659 saylı və 25 iyul 2014-cü il tarixli, 0434573 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən üçüncü şəxslər Abdullayev Vahid Cəmil oğlunun və Abdullayev Asəf Vahid oğlunun mülkiyyətlərinə verilmiş 0.34 ha və 0.24 ha torpaq sahələri ( qeyri-yaşayış sahələri, binaları, torpaq sahələri) Beyləqan şəhəri H.Əliyev adına istirahət parkının mövcud sərhədləri daxilindən kənarda yerləşir.
Lakin baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlar araşdırılarkənAbdullayev Vahid Cəmil oğlunun və Abdullayev Asəf Vahid oğlunun mülkiyyətində və istifadəsində olan torpaq sahələri Beyləqan şəhərinin yerquruluşu və Beyləqan şəhərinin baş planından çıxarışlara əsasən, Beyləqan şəhəri H.Əliyev adına istirahət parkı kimi qeyd olunan torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi müəyyən olunmuşdur. Belə ki, mütəxəssis rəyində mübahisəli torpaq sahəsinin Beyləqan şəhərinin Baş planına əsasən Beyləqan şəhəri H.Əliyev adına istirahət parkının mövcud sərhədləri daxilindən kənarda yerləşdiyi göstərilməsinə baxmayaraq, həmin rəydə istinad edilmiş baş planın təsnifat hissəsində mübahisəli ərazi 2 nömrə ilə göstərilərək H.Əliyev adına istirahət parkı kimi qeyd edilmişdir. Mülki iş materialına əlavə edilmiş, Abdullayev Vahid Cəmil oğlunun və Abdullayev Asəf Vahid oğlunun mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş Texniki pasportun situasiya planını, yerləşmə mövqeyini, əhatə olunmuş qonşu torpaq sahələrini nəzərə alınmaqla, həmin torpaq sahələrinin Beyləqan şəhərinin Baş planında 2 nömrə ilə göstərilən torpaq sahəsinin, yəni H.Əliyev adına istirahət parkının ərazisində düşdüyü müəyyən edilmişdir.


Mütəxəssis rəyində olan ziddiyyət son nəticədə məhkəmə tərəfindən qiymətləndirilə bilər.


Ekspert: Teymur Məmmədov

Mədəniyyət