İnkişaf edən Lənkəran Mədəniyyəti

  • 04.06.2020, 13:04,
  • Gündəm
  • Baxılıb: 326
İnkişaf edən Lənkəran Mədəniyyəti


Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.
Öz mədəniyyət və zəngin tarixi irsi ilə seçilən gözəl Azərbaycanımızın məhşur şəhərlərindən biri də Lənkəran şəhəridir. Lənkəranda olan mədəni-maarif müəssisələri Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində fəaliyyət göstərirlər. Nəsirli Vüsal İbrahim oğlunun rəhbərlik etdiyi İdarə şəhərdə və onun tabeliyində olan kəndlərdə mədəniyyət və turizm sahəsində böyük uğulara imza atmışdır. Hazırda Lənkəranda 1 Heydər Əliyev Mərkəzi, 2 muzey (Tarix-diyarşünaslıq muzeyi, H.Aslanovun ev muzeyi), 1 Mərkəzi kitabxana 70 kitabxana filialı, Q.Vəliyev adına şəhər mədəniyyə mərkəzi və onun filialı kimi qəbul olunan 66 klub müəssisəsi, 2 uşaq musiqi,1 uşaq rəssamlıq məktəbi,1 Dövlət Rəsm qalereyası fəaliyyət göstərir. Lənkəran N.B.Vəzrirov adına Lənkəran Dövlət Dram Teatrı fəaliyyət göstərir.Dram teatr Regional İdarənin şəbəkəsinə daxil deyil. Dram teatrı birbaşa Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə tabedir. Rayonun ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 132 nömrəli Qərarına əsasən 21 ölkə əhəmiyyətli arxeoloji, 53 yerli əhəmiyyətli memarlıq, 2 monumental, 2 daş-heykəltaraşlıq və 9 yerli əhəmiyyətli arxeoloji abidə qeydiyyata alınmış və dövlət mühafizəsinə götürülmüşdür. Onların içərisində Dairəvi Qala, Sığon daş qutu nekropolu, Həzi Aslanovun ev-muzeyi, Böyük və Kiçik bazarda olan məscidlər, Mir Əhməd xanın evi (Tarix-diyarşünaslıq muzeyi), Şeyx Zahid və Seyid Xəlifə türbələri turistlərin diqqətini daha çox cəlb edir. Mədəniyyət müəssisələrində əlamətdar və tarixi günlər, dövlət bayramları qeyd olunur, yazıçı və şairlərin yubileyləri, əyləncəli şoular, ədəbi-bədii gecələr, disputlar, müharibə veteranları ilə görüşlər, musiqi kollektivlərinin iştirakı ilə konsertlər, teatrlaşdırılmış mədəni-kütləvi tədbirlər keçirilir.
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi hazırda tarixi abidə olan və 1913-cü ildə inşa edilmiş Mir Əhməd Xanın evində yerləşir. 1978-ci ildən Xan evi Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyətə başlayıb. Muzeydə Lənkəranın qədim tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini və bu gününü əks etdirən eksponatlar nümayiş etdirilir. Burada etnoqrafiya, arxeologiya, xalq tətbiqi sənəti, numizmatikanı əks etdirən nümunələr və Lənkəranın görkəmli şəxsiyyətlərinin şəxsi sənədləri və digər eksponatlar göstərilir. Tarixi binanın əsaslı təmirinə 2013-cü ilin sentyabrından başlanılmışdır. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yenidənqurma və bərpa işləri aparılmış və 2015-ci ilin aprel ayında başa çatdırılmışdır. 2015-ci ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muzeyin yenidənqurma və bərpa işlərindən sonra yaradılan şəraitlə tanış olmuşdur.
Həqiqət Rzayeva adına Lənkəran şəhər musiqi məktəbi 1977-ci ildən fəaliyyət göstərir. Məktəbdə 294 şagird təhsil alır, 47 müəllim çalışır. Məktəbdə fortepiano, tar, kamança, balaban, qarmon, nağara və xanəndəlik ixtisasları üzrə dərslər keçirilir. Məktəbin ayrıca xalq çalğı alətləri, qarmonçalanlar balabançalanlar ansamblı, 100 nəfərdən ibarət uşaq xoru, vokal qrupu və uşaq folklor kollektivi vardır. Məktəbin şagirdləri respublikada, o cümlədən rayonda keçirilən bütün mədəni-kütləvi tədbirlərdə fəal iştirak edir, nümunəvi çıxışları ilə tamaşaçıların rəğbətini qazanırlar. Məktəbdə tez-tez Azərbaycan, Avropa və dünya klassik bəstəkarların həyat və yaradıcılığına həsr olunmuş müsiqili-bədii gecələr keçirilir. 2008-2011-ci illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan uşaq xor kollektivlərinin müsabiqələrində hər iki məktəbin uşaq xor kollektivi qabaqcıl yerləri qazanmışlar və nazirlik tərəfindən fəxri fərman və diplomlarla təltif olunmuşlar.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun ev muzeyi 1969-cu il 9 May - Qələbə günü açılmışdır. Muzeyin ilk direktoru H.Aslanovun həyat yoldaşı Xavər Aslanova olmuşdur. 1983-cü ildə muzeyin ekspozisiyası genişləndirilmiş və yenidən qurulmuşdur. Ekspozisiya beş otaqdan ibarətdir. Bu otaqlarda igid sərkərdənin həyatına və döyüş yoluna aid qiymətli və maraqlı eksponatlar nümayiş olunur. 2011-ci ildə muzey tam təmir bərpa olunmuşdur. Muzey 5 bölmə və otaqdan ibarətdir.
Mir Əhməd xanın evi gözəl memarlıq abidələrindən biridir və bu binanın tikintisi 1913-cü ildə tamamlanmışdır. Milli memarlıq elementlərindən bacarıqla istifadə olunmuşdur. Onun fasadları əlvan naxışlarla zəngindir. Bina tikilərkən bir çox inşaat materialları Lənkərana Fransadan və Bakıdan gəmi ilə gətirilmişdir. Bu üç mərtəbəli bina şəhərin ilk çox mərtəbəli binası olmuşdur. Bəzi məlumatlara əsaslansaq, Lənkəranda ilk dəfə 1908-1910-cu illərdə Mirəhməd xanın evi tikilərkən daimi cərəyanla işləyən kiçik elektrik qurğusu olmuşdur. Bunun vasitəsi ilə quyudan su hamamın çəninə vurularmış. 1910-1912-ci illərdə isə elektrik gücü 1-2 kvt olan sabit cərəyan elektrik qurğusu yaradılmışdır. Qeyd etmək lazımdır ki, binanın şimal və qərb fasadlarına kərpic və yonulmuş ağ daş işlənmişdir. Şərq və cənub fasadları isə yalnız kərpicdən hörülmüşdür. Evin giriş hissəsi şimal fasadında yerləşmişdir, ağ daşdandır.
Şimal-qərb fasadının birinci mərtəbəsinin küncündən bir sütun qalxır. Sütunun üstündən ikinci mərtəbə üçün ekker tikilmişdir. Ekker dörd üzlü dəmir günbəzlə örtülmüşdür. Xan evi adlanan bu bina Mirəhməd xanın sifarişi ilə tikilmişdir. Öz əsrinin ziyalı adamlarından olan Mirəhməd xan bu binanın tikilməsi üçün Fransadan memar və ustalar dəvət etmişdir. Elə buna görə də bu tikilidə həm qərb, həm də şərq memarlıq elementlərindən məharətlə istifadə edilmişdir, bu da binaya xüsüsi gözəllik və orijinallıq verir. Bina Milli Qəhrəman Ə.Əliyev adına mədəniyyət və istirahət parkının qarşısında yerləşir. Tarixi binanın əsaslı təmirinə 2013-cü ilin sentyabrından başlanılmışdır. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yenidənqurma və bərpa işləri aparılmış və 2015-ci ilin aprel ayında başa çatdırılmışdır. 2015-ci ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muzeyin yenidənqurma və bərpa işlərindən sonra yaradılan şəraitlə tanış olmuşdur.
Vilvan kənd klubunun nəznində təşkil olunmuşdurş 8 üzvdən ibarətdir. Kollektivə klubun mədəni təşkilatçısı Məxmirə Əkbərova rəhbərlik edir.
Hazırda Lənkəran rayonunda 1 teatr – N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı, 2 muzey – M.Əliyev adına Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi, H.Aslanovun ev-muzeyi, 1 Heydər Əliyev Mərkəzi, 2 Uşaq Musiqi Məktəbi – C.Cabbarlıq adına Lənkəran şəhər 1 saylı Uşaq Musiqi Məktəbi, H.Rzayeva adına Lənkəran şəhər 2 saylı Uşaq Musiqi Məktəbi, 1 Uşaq Rəssamlıq Məktəbi, 1 Dövlət Rəsm Qalereyası, 1 Mərkəzi kitabxana və 70 kitabxana filialı, Q.Vəliyev adına şəhər mədəniyyət mərkəzi və onun filialı olan 66 klub müəssisəsi fəaliyyət göstərir.
Biz yuxarıda Lənkəranın mədəniyyət mərkəzlərinin cüzi bir hissəsini sadaladıq. Şəhərin qədimliyi, tarixi o qədər zəngindir ki, bu tip mədəni obyeklərini saymaqla bitməz. Biz ona da inanırıq ki, dövlət başçımızın mədəniyyətimizə olan diqqət və qayğısı sayəsində Lənkəranımız daha da gözəlləşəcək və gələcəkdə dünyanın mədəni turizm mərkəzlərindən birinə çevriləcəkdir. Vətənini sevən, gənc Lənkəran şəhər Mədəniyyət idarəsinin rəhbəri Vüsal Nəsirli də bu gün bunun üçün var qüvvəsi ilə çalışır. Mədəni irsimizi sevən və dəyərləndirən hər bir kəs bu mühüm işə öz töhfəsini verməlidir. Tarixi abidələrimizin qorunması təkcə dünənimizə hörmət demək deyldir. Bu həm də sabahımız, onun daha möhkım təməl üzərində qurulması baxımından əhəmiyyətlidir. Hər bir xalq öz tarixi, keçmişi, dünəni ilə tanınır. Dünənimiz isə xalqımızın daş yaddaşı olan abidələrimizdə öz əksini tapır. Bu memarlıq abidələrini qorumaq keçmişimizi qorumaq deməkdir.

Hazırladı: Qəşəm Sultanov
Mədəniyyət