Aynurə Xəlilova - insanlara şəfa bəxş etmək, onların üzündə təbəssüm yaratmaq həkim üçün ən əsas məqsəddir

  • 27.05.2020, 09:53,
  • Gündəm
  • Baxılıb: 229
Aynurə Xəlilova - insanlara şəfa bəxş etmək, onların üzündə təbəssüm yaratmaq həkim üçün ən əsas məqsəddir



İnsan çalışdığı hər bir sahədə uğura nail ola bilər. Bunun üçün zəngin bilik, qabiliyyət, bacarıq gərəkdir. Xüsusilə, bəzi sahələr vardır ki, daha çox diqqət, dəqiqlik və bilik tələb edir. Elə həkimlik sənəti kimi. Həkim olmaq üçün ilk öncə bu adın məsuliyyətini dərk etmək gərəkdir. Çünki həkim birbaşa insan həyatına, sağlamlığına cavabdeh olmaq deməkdir. Məhz buna görə, ona yönələn ümidsiz baxışları, çarəsizliyi, insanların həyata, yaşama olan ümidlərini doğrultmaq, insanlara şəfa bəxş etmək, onların üzündə təbəssüm yaratmaq həkim üçün ən əsas məqsəddir. Bu, Dr. Xəlilova üçün əsas və önəmlidir. Redaksiyamıza daxil olan təşəkkür məktublarını oxuduqca bunun bir daha şahidi olursan.
Logman klinikasının mama ginekoloqu, Tibb üzrə fəlsəfə doktoru Aynurə Xəlilovanın əməyinin bar –bəhəri səhhətində sağlamlıq duyan və xoşəhval – ruhiyyəsi ilə ona minnətdar olanlardan eşitdiklərimizi bu şərhə qeyd etmək yerinə düşər:
Aynurə Xəlilova - insanlara şəfa bəxş etmək, onların üzündə təbəssüm yaratmaq həkim üçün ən əsas məqsəddir

Əzizimiz Aynurəxanım. Neçə-neçə insanlara xoşbəxtlik bəxş edən gözəl insan, savadlı həkimim. Ana olmağımın başlıca səbəbkarı məhz siz oldunuz. Yanınıza ilk dəfə gələndə çox ümidsiz idim. Birinci dəfə yanınızdan çıxanda içimdə çox böyük inam yaratdınız. Çox tez bir vaxt ərzində bu xoşbəxtliyi məhz siz yaşatdınız mənə.. Allah sizi də həmişə sevindirsin mənim hözəl həkimim.
Mən çox sevinirəm ki, respublikamızda Aynurə Xəlilova kimi təcrübəli, işini sevən, savadlı, peşəkar həkimlərimiz hələ də var. Hamıya qayğı ilə yanaşan, nəvaziş göstərən Aynurə həkimə mən ilk gündən böyük ümidlər bəslədim. Görünür yanılmamışam.
Hörmətlə: Sizin sayənizdə ana olan Simuzər xanım.
Aynurə həkim bəlkə də fərqinə varmır ki, hər gün səhər-axşam Azərbaycanın neçə-neçə kəndində-şəhərində yüzlərlə ailədə onun adına xeyir-dua səsləndirilir, minnətdarlıq edilir, onu ulu Tanrının qüdrətiylə bu dünyaya bəxş etmiş valideynlərinə cənnət oxunur. Axı, o, nə qədər ümidsiz, əlacsız xəstəyə, demək olar ki, onların həyatlarının son anında nicat, şəfa vermiş, təyin etdiyi dəqiq müayinə və müalicə ilə yenidən həyata qaytara bilmişdir. Və o adamlar, onların əziz-doğmaları o böyük Yaradana hər zaman dua edirlər ki, dar məqamda nə yaxşı ki onlara Aynurə həkim kimi bir həkim rast salıb. Aynurə həkim isə xəstələrin əksəriyyətinin tanımadığı, həkimlərin isə bir çoxunun adına və andına məhəl qoymadığı “hansısa” bir Hippokrata deyil, hamının, bütün dünyanın tanıdığı və səcdə etdiyi uca Tanrıya əsl müsəlman sadiqliyi ilə ona pənah gətirənləri öz yaxın adamı, Allahın bəndəsi kimi qəbul edərək, bütün istedadı, bacarığı, insansevər ürəyi, qayğıkeş qəlbi və səmimiyyəti ilə onların şəfa tapmasına çalışmışdır. Yüzlərlə, minlərlə xəstənin!

dr.aynurexelilova
Tibb üzrə fəlsəfə doktoru
Həkim cərrah mama-ginekoloq
Qəbul:Logman klinikasi(qara qarayev metrosu)
(050) 704 37 82
(055) 765 05 40

Mədəniyyət