Masallı – Cənub bölgəsinin ən perspektivli mərkəzi MEDİATUR

  • 07.05.2020, 13:05,
  • Gündəm
  • Baxılıb: 237
Masallı – Cənub bölgəsinin ən perspektivli mərkəzi MEDİATUR


Respublikamızın Cənub bölgəsinin mühüm aqrar, turizm və s. potensialları olan Masallı rayonuna səfərimiz rayonun İcra Hakimiyyətinin dəvəti ilə təşkil olunmuş mediatur vasitəsi ilə baş tutdu. Əsrarəngiz təbiət gözəlliyinə, bölgə insanlarının Cənub hərarətinə xas qonaqpərvərliyinə isə heyran qalmamaq olmur. Ümumiyyətlə, çoxsaylı özünəməxsusluqları ilə seçilən Masallı rayonu sözün bütün mənalarında insanlara xoş ovqat bəxş edən gözəl bölgələrimizdən biridir.
Respublikamızda həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Bu yönümdə görülən işlər tütünçülük sahələrinin də genişləndirilməsinə imkan yaradır.

Masallıda ənənəvi sahə olan tütünçülük sahəsinin yenidən dirçəldilməsi torpaq mülkiyyətçilərinin böyük sevincinə səbəb olub. Hazırda rayonda, tütün sahələrində qızğın iş gedir.

Banbaşıda planda nəzərdə tutulduğundan da çox sahədə - 20 hektar torpaqda tütün əkilir. Kənd sakini Mais Əhədovun ötən il 2 hektardan əldə etdiyi 6 ton yaşıl kütlə onun bu sahəyə olan marağını artırıb. Fermer bu il də yüksək məhsul gözləyir.

Hazırda açıq sahələrə şitil köçürülür. Əkin zamanı “imunium” növlü ətirli və qiymətli tütünə daha çox üstünlük verilir. Proses bir ay ərzində tam olaraq yekunlaşacaq. Şitillər yayın sonlarına doğru yetişəcək və məhsul yığımına başlanacaq. Əkinçilər havalar əlverişli keçərsə, bu il tütün sahələrindən bol məhsul götürəcəklərini proqnozlaşdırırlar.

Mais Əhədov əlavə edir ki, nahaq yerə kartofu ikinci çörək adlandırmırlar. Odur ki, icarəyə götürdüyüm 2 hektar payıbəlli torpaq sahəsində kartof becərirəm. Yüksək məhsuldarlığın başlıca şərtlərindən biri də əkin materialıdır. Ötən il eyni ölçülü sahədən 60 ton məhsul götürdük. Rusiyadan (Stavrapol) gətirilimiş toxumdan istifadə etmişik. Bütün aqrotexniki tədbirləri vaxtında və keyfiyyətlə yerinə yetiririk. Hazırda dərmanlama və suvarılma işləri aparılır. Xəstəlik və ziyanvericilərə qarşı vaxtında mübarizə aparılması məhsul itkisinin qarşısını alır. Məhsul may ayının sonunda yığılacaq.

Bundan əlavə banbaşılı fermer 0,5 hektarda pomidor yetişdirir, 2 hektar sahədə isə buğda əkib.

Onun sözlərinə görə rəhbərlik etdiyi təsərrüfatda hazırda 50-dən artıq işçi çalışır. Mayın sonlarında isə işçilərin sayı 100 nəfərə çatacaq.

Qeyd edək ki, Banbaşı ərazisində ümumilikdə 26 hektar sahədə kartof, 8 hektarda soğan, 9 hektarda xiyar, 7 hektarda pomidor, 8 hektarda noxud, 4 hektarda badımcan, 2 hektarda bibər, 3 hektarda göyərti, 3 hektarda çiyələk əkilib.

Masallı rayon Təhsil şöbəsində növbəti onlayn müşavirə keçirib.
Onlayn müşavirədə Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, RTŞ əməkdaşları, məktəb və məktəbdənkənar müəsisələrinin rəhbərləri, direktor muavinləri və UBT rəhbərləri iştirak etdilər.
Onlayn müşavirəni giriş sözü ilə açan Tariyel Əkbərov bildirdi ki,Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş ümumtəhsil məktəb şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon turunun qalibi “Dəfinə” məktəb-liseyinin IX sinif şagirdi İsrafilova Tunarə Ağadədə qızı olmuşdur. Onun təqdimatı respublika final mərhələsinə göndərilmişdir.
Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov şagirdlər arasında “Əlaçı” virtual yarışmasında fəal iştirak etmək, karantin qaydalarına əməl edilməsi üçün növbətçiliyin təşkili, virtual dərslərin şagirdlər tərəfindən izlənilməsinə nəzarət və s. haqqında tapşırıq verdi.
Masallı RTŞ-ın müdir muavini Samit İslamov məktəblər arasında onlayn müsabiqə və yarışların keçirilməsi, fərqlənən şagirdlərə tərifnamələrin verilməsinin əhəmiyyəti haqqında danışdı.
Onlayn müşavirədə Təzə Alvadı kənd 2 nömrəli tam orta məktəbin direktoru S.Hüseyinov, Masallı UGİM-nin direktoru Ə.Axundova, Bədəlan kənd tam orta məktəbin direktor muavini M.Şahbazova, Mahmudavar kənd ümumi orta məktəbin direktor muavini Ç.Fərəcov çıxış etdilər.
Masallı RTŞ-nın müdiri T.Əkbərov verilən sualları cavablandırdı.

Karantin dövründə bir sıra məhdudiyyətlərin yumuşaldılmasını nəzərə alaraq vətəndaşların maarifləndirilməsindən ötrü rayon ərazisində “karantin qaydalarının yumşaldılması, karantin qaydalarının aradan qaldırılması deyil” adı altında 114 nəfərdən ibarət 20 mobil qrup (RİH, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, rayon Polis Şöbəsi, rayon Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, Gənclər evi, Gənclərin İnkişaf və Kariyera mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır. 06 may 2020-ci il tarixdə Masallı şəhər ərazisində Mobil qruplar tərəfindən 3786 nəfərlə maarifləndirici söhbət aparılmış (ümumilikdə 7024), vətəndaşlara 139 maska paylanılmış, obyektlərə 840 ədəd metodiki tövsiyyələr qeyd olunmuş lövhələr yapışdırılmış (ümumilikdə 3900 ədəd) və 2388 nəfərə isə metodiki tövsiyyələr qeyd olunmuş vərəqlər paylanılmışdır (ümumilikdə 2796). Təbliğat işləri davam etdirilir.

Bu ağır günlərdə Masallının 36 bələfiyyəsi və 37 icra nümayəndəsi işsizlərə Qarabağ şəhid ailələrinə sovqatla təmin etmişdirlər. Ona görədə bizim müxbirlərimiz Nüsrət Mənafov və Aygün Ağayeva bu regionda apardıqları sorgülara görə yüksək təsurat bağışlamışdır.

Fuad Əliyev
Mədəniyyət