İtləri xilas etmək istəyən model faciəvi şəkildə öldü
- 04.05.2019, 10:21,
- Dünya
- Baxılıb: 371
Facebook
Вконтакте
Одноклассники
Google+
Braziliyalı model Karolina Bittenkurt San-Paulu ştatından kənarda İlyabela adası yaxınlığında əri və iki itlə birgə qasırğaya düşərək ölüb.
BEŞ.AZ xarici KİV-ə istinadən xəbər verir ki, Karolina həyat yoldaşı XorxeSestini və iki itlə dəniz gəzintisinə çıxıb, lakin onların qayığı qasırğaya düşüb.
Güclü külək nəticəsində yaranan dalğalar itləri okeana aparıb, Karolina isə onların ardına suya tullanıb.
Karolina itləri xilas edə bilməyib, onun ardınca suya tullanan əri isə modeli xilas edə bilməyib.
Karolinanın həyat yoldaşı bundan sonra üç saat sahilə qədər üzməli olub. Onu sudan xilasedicilər çıxarıb.
Modelinin İzabel adında 17 yaşlı qızı qalıb.