Kaktus adlı it altı gün ərzində marafon qaçışında iştirak edib

  • 03.05.2019, 09:34,
  • Dünya
  • Baxılıb: 365
Kaktus adlı it altı gün ərzində marafon qaçışında iştirak edib



Mərakeşin cənubunda dünyada ən mürəkkəb marafonlardan biri sayılan "Marathon des Sables" yarışları başa çatıb.

BEŞ.AZ AZƏRTAC-a istinadən bildirir ki, marafonun iştirakçıları altı gün ərzində 250 kilometr məsafə qət ediblər. Marafonun baş qəhrəmanı isə haradan gəlməsi məlum olmayan Kaktus ləqəbli it olub. İkinci mərhələdə qaçışçılara qoşularaq bu günlər ərzində təqribən 241 kilometr qaçmış Kaktusun səyləri medal ilə mükafatlandırılıb.

"Marathon des Sables" yarışları altı mərhələdən ibarətdir. Bu günlər ərzində havanın hərarəti gündüz 40 dərəcəyə çatır, gecə isə xeyli soyuq olub. Digər qaçışçılar və marafonun təşkilatçıları yürüş müddətində Kaktusu su və yeməklə təchiz ediblər, gecələr isə digər iştirakçılarla bərabər o da düşərgədə istirahət edib. Marafonun ən uzun hissəsi olan 71 kilometrlik mərhələdə Kaktusun halı pisləşsə də, bir qədər dincələndən sonra yoluna davam edib. Bütün mərhələlər başa çatandan sonra həkimlər itin sağ-salamat olmasını təsdiqləyiblər. Kaktusun sahibi Karen Hedfild bildirib ki, bu it Berberlərin yaşadığı səhra rayonunda hər gün 40 kilometr yol gedir.
Mədəniyyət