Bu yazını oxuyana 2 min avro mükafat veriləcək - FOTO
- 15.05.2019, 09:39,
- Dünya
- Baxılıb: 231
Facebook
Вконтакте
Одноклассники
Google+
Fransanın qərbindəki bir kəndin yaxınlığındakı qayaların üzərində sirli yazılar tapılıb.
Beş.az ölkə.az-a istinadən bildirir ki, 230 il yaşı olan yazıları oxumaq mümkün deyil.
20 sətrlik yazıda iki tarix və bir gəminin rəsmləri var. Yazı ilə bağlı bir çox versiya ortaya atılsa da, onun hansı dildə olduğunu və mövzunu anlayan bu günə qədər olmayıb. Bu səbəbdən də bir müsabiqəyə start verilib. Kəndin bələdiyyə sədri Dominik Kap bu barədə qərarı belə şərh edib:
"Buradakı tarixçilər və arxeoloqlardan soruşsaq da, heç kəs qayadakı sirri çözə bilmədi. Biz də bütün dünyaya səsləndik və müsabiqəyə start verdik.
Yazını oxuyan şəxsə 2 min avro mükafat veriləcək".