Regional Tədris İdarəsindən yayılan rüşvət qalmaqalı....TƏCİLİ XƏBƏR

  • 07.09.2022, 13:35,
  • ---
  • Baxılıb: 117
Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəisindən yeni tədris ili ilə əlaqədar çoxsaylı şikayətlər var.
Adlarının çəkilməyini istəməyən təhsil işçiləri saytımıza yazaraq bildirir ki, Regional Tədris İdarəsinin rəisi Elxan Nəcəfov tədris ilinə saylı günlər qalmış idarəyə tabe olan rayonlardakı bütün ümumtəhsil ocaqlarının direktorlarına, məktəbəqədər hazırlıq mərkəzlərinin, uşaq bağçalarının rəhbərlərinə müəyyən məbləğdə haqq tələbi qoyub. Şikayətdə bildirilir ki, işçilər məzuniyyətə göndərilmir və aylıq əməkhaqqları kart vasitəsilə ödənilmir. Hətta ötürülən informasiyada rayon təhsil şöbələrinə təyinatın da 200-300 min manat məbləğində reallaşdığı qeyd olunur. Tamamilə korrupsiya toruna bürünən Regional Təhsil şöbəsi yarıtmaz idarəçiliyi və vəzifədən sui-istifadə əməlləri ilə seçilir. Gündən-günə bu idarənin rəhbərinin yarıtmaz idarəçiliyindən qaynaqlanan şikayətlərin sayı isə artır. Şikayətçilər onları təngə gətirən bu problemlərdən, rüşvət, haqq tələbindən xilas olmaq istəyirlər.
Qeyd edək ki, qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Şahin Zeynallı
Mədəniyyət