“Kriminal və Bəşəriyyət” qəzetinin Baş
redaktoru cənab Şahin Orucova
Azərbaycan Respublikası Prezidenti
İlham Əliyev cənablarına
“Dövlət qulluğu haqqında” Qanunu pozan Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovun qanuna zidd hərəkətlərinin müdafiəsi....,bu gün...,sabiq səlahiyyətli nümayəndəsi olduğum Vaqif Kərimovun pozulmuş hüquqlarının prosessul bərpasına niyə imkan vermir...və günahkarlar kimdir...!?” bu başlıq altında mətbuat vasitəsilə “QANUN və XİDMƏT” MMC-nin direktoru BƏDİROB XUDAŞİRİN XUDAŞ oğlu tərəfindən
M Ü R A C İ Ə T
Hörmətli Prezident !
Hörmətli məhkəmə hakimiyyətinin müstəqilliyinin konstitusion təminatçısı !
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sabiq səlahiyyətli üzvü və bu günün “Qanun və Xidmət” MMC-nin səlahiyyətli direktoru kimi, məhz HÜQUQ MÜDAFİƏÇİSİ olaraq, sabiq səlahiyyətli nümayəndəsi olduğum VAQİF XANƏLİ oğlu KƏRİMOVLA bağlı, Lənkəran rayon İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşovun qanunsuz hərəkətləri barədə Sizə mətbuat vasitəsilə müraciət edib, vəzifənin məsuliyyətini dərk etməyən və cavabdehliyin nə demək olduğunu düşünməyən, tərəfinizdən ona olunan inamı və etibarı dorultmayan Taleh Qaraşovu “Dövlət Qulluğu haqqında” Qanunu pozmaqda günahlandırmaqla, həm də sabiq səlahiyyətli nümayəndəsi olduğum, bu gün isə qanuna edilmiş,-/ETDİRİLMİŞ/ dəyşiklik üzərində səlahiyyətli nümayəndəsi ola bilmədiyim Lənkəran rayon sakini Vaqif Xanəli oğlu Kərimovu uzun illərdir ki, işsiz qoyub, süni məhkəmə süründürməçiliklərinə qərq edən səlahiyyətli bu dövlət məmurunun məhkəmə-hüquq müstəvisinə keçirmiş olduğu ədalətsizliklərdə...,MÜDAFİƏ HÜQUQUNUN planlı şəkildə sifarişli pozulması üzərində bu ailəni ciddi maddi çətinliklərə salıb, Vaqif Kərimovun şərəf və ləyaqətinə, şəxsiyyətinə ciddi hörmətsizlik gətirməklə, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına meydan verib, korrupsiya hüquq pozuntularına yol verməkdə günahkar hesab edirəm, ona görə ki, bu gün Azərbaycan Respublikası Konstitusiyasına sayğısızlıq göstərib, Qanunu pozan slahiyyətli bu dövlət məmuru “QANUN OCAQINDA” da çoxsaylı dövlət məmurları tərəfindən ciddi qanun pozuntuları ilə əsassız müdafiə olunur....
Ona görə də mən Sizin çoxsaylı Prezident seçkilərində görünən seçiciniz, həm də, bu gün azərbaycan vətəndaşı olaraq məmur özbaşınalığı ilə bağlı Sizə müraciət etməyi özümün vəzifə borcum bilib, hazır ki, bu müraciətlə də Sizə bir daha rəsmi müraciət edərək, qanun pozuntularına yol verən səlahiyyətli dövlət məmuru Taleh Qaraşovun məntiqlə uzlaşmayan qanunsuz hərəkətlərini Sizə göstərmək məcburiyyətində qalıram.....
Çünki, bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sabiq üzvü olaraq, sabiq vəkil kimi, hazırda isə “Qanun və Xidmət” MMC-nin direktoru olaraq səlahiyyətli HÜQUQ MÜDAFİƏÇİSİ kimi Sizlərə mətbuat vasitəsilə etdiyim bu müraciət məntiqlə sabiq nümayəndəsi olduğum Vaqif Kərimovun və sabiq nümayəndəsi olaraq özümün Sizlərə...,həm də, geniş ictimaiyyətə mətbuat vasitəsilə etdiyimiz çoxsaylı müraciətlərdəki məlum fikirlərimizin davamı olan bu günki fikirləri də mətbuat vasitəsilə Sizə çatdırıb, əslində 24 sentyabr 2012-ci il tarixdə, 162 saylı əmrin imzalanması ilə səlahiyyətli dövlət məmuru,-TALEH QARAŞOVUN sifarişli və maraqlı formada gündəmə gətirdiyi qanunsuz bu əmrin tələbkarlığında təkcə Vaqif Kərimovu deyil, həm də, qanuna zidd qəbul edilmiş bu əmrin altında çoxsaylı ailələri maddi çətinliklərə salıb, səlahiyyətli bu məmurun vəzifədən sui-istifadə edib, hakimiyyət həddi aşılmaların məlum nəticəsini Sizə bildirməklə, bu gün hüquqlarının müdafiəsinə müdafiəçi ola bilmədiyim Vaqif Kərimovun timsalında ona qarşı baş verən ədalətsizliklərdə qörünən çoxsaylı qanun pozuntularını Sizlərin diqqətinə çatdırmaqla, daha yüksək məmur özbaşınalığını isə səlahiyyətli dövlət məmuru olan Taleh Qaraşovun timsalında Sizlərə göstərib, mətbuat vasitəsilə də çoxsaylı məhkəmə baxışı mərhələlərində prosessual görünən haqsızlıqların məqsədyönlü şəkildə səlahiyyətli bu dövlət məmurunun müdafiəsi məqsədinə yönəldilən xidmətlərin məntiqlə uzlaşmayan tələbkarlığını Sizlərə məlum etməklə, həm də, belə dövlət məmurları barədə ciddi tələbkarlıqla sərt cəza tədbirlərinin görülməsində sabiq səlahiyyətli nümayəndə kimi israrlı olduğumu heç də gizlətmədən, məhz bu günün HÜQUQ MÜDAFİƏÇİSİ olaraq Sizlərə bildirmək məcburiyyətində olduğuma görə “Kriminal və Bəşəriyyət” qəzetinə,-mətbuata müraciət edib, “QANUN POZAN “ səlahiyyətli bu cür dövlət məmurları barədə fikirlərimi bildirmək zorunda qalıb, Sizləri və geniş ictimaiyyəti..,çoxsaylı oxucuları mətbuatla məlumatlandıraraq, bu gün qanundakı tələbləri sifarişli pozan səlahiyyətli dövlət məmuru Taleh Qaraşovu...və onun prosessual müdafiəsində dayanıb, prosessual qanunların tələbkarlığına xəyanət edən çoxsaylı hakimlərin...,o cümlədən peşə fəaliyyətinə xəyanət edib, “VƏKİL ANDI”nın təlbkarlığını pozub, real vəkil xidmətini və vəkil köməyini göstərməkdən imtina edən çoxsaylı səlahiyyətli vəkillərin qanun çərçivəsinə sığmayan hərəkətlərini Sizlərə göstərməyə məcbur oldum.
“Dövlət qulluğu haqqında” Qanunun 3. 0. 1-ci maddəsindəki tələbkarlıq...,Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktları əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsini, birmənalı şəkildə dövlət qulluğunun əsas vəzifəsi hesab etmişdir.
Bu Qanunun 3.0.2-ci maddəsindəki tələbkarlıq isə dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması, qəbul edilməsi və icraya nəzarət edilməsini, birmənalı dövlət qulluğunun vəzifəsi olduğunu göstərmişdir.
Həmin Qanunun 3.0.3-cü maddəsi: “Dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən vəzifə səlahiyyətlərinin yerinə yetrilməsinin təmin edilməsi”ni dövlət qulluğunun əsas vəzifəsi olduğunu qeyd edib, bunlara ciddi əməl edilməsini tələb etmişdir.
Əlbəttə, “Dövlət qulluğu haqqında” Qanunun bu normalarındakı tələbkarlıq belə göründüyü halda, Lənkəran rayon İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşovun bu Qanunun 13.2-ci maddəsindəki tələbkarlığı görə bilməməsi görəsən hansı məqsədə xidmət etmişdir...,sualını gündəmə gətirirsə...,bu ciddi məhkəmə araşdırması mövzusu olsa da belə..,göründüyü kimi məhkəmələrdə olan çoxsaylı hakim özbaşınalıqları da Taleh Qaraşov kimi ədalətsiz məmurun fikirləri üzərində onun maraq dairəsinə xidmət edərək, birbaşa əsassız bir müdafiəsinin önə çəkilməklə, Vaqif Kərimovun əsaslı və qanuni olan iddia tələbinin prosessual rədd edilməsinə yönələn qanunsuz məhkəmə qərarının çıxarılması ilə nəticələnib, sabiq səlahiyyətli nümayəndəsi olduğum, bu gün isə qanuna edilmiş dəyşikliyi açıqlayan 31 oktyabr 2017-ci il tarixli Qanunla səlahiyyətli nümayəndəsi ola bilmədiyim Vaqif Xanəli oğlu Kərimovun qanunla qorunan MÜDAFİƏ HÜQUQUNUN ciddi tələbkarlıqla prosessual pozulması üzərində “İŞƏ BƏRPA və s.” tələblə bağlı pozulmuş hüquqlarının prosessual bərpası əksinə yönələn qanunsuz məhkəmə qərarının tələbkarlığında ƏDALƏT MÜHAKİMƏSİNİN QANUNLA QORUNAN MARAQLARININ ziddinə olaraq, bu mühakimənin qanunla qorunan mənafeyini puç edən səlahiyyətli hakimin,-/hakimlərin.../ kimliyini də prosessual bizə göstərirsə...,belə halda, əlbəttə, bu ədalətsizliklərin prosessual bağışlanılmasını da qeyri-mümkün hesab etmişdir.
Bəli, hüquqları cinayətkarcasına səlahiyyətli bu dövlət məmuru tərəfindən pozulan sabiq səlahiyyətli nümayəndəsi olduğum Vaqif Xanəli oğlu Kərimov, əlbəttə, Taleh Qaraşov kimi vəzifənin məsuliyyətini və cavabdehliyini dərk etməyən səlahiyyətli dövlət məmurunun maraqlarının qurbanına çevrilib, “Dövlət Qulluğu haqqında” Qanunun 13.2-ci maddəsinin tələbkarlığına xəyanət edilməklə, səlahiyyətli məmur olaraq, özünün maraqları çərçivəsində Vaqif Kərimovu tutduğu vəzifədən qanunsuz olaraq azad edib, Azərbaycan Respublikası Prezidentinin yerdəki səlahiyyətli nümayandəsi olaraq qanuna zidd hərəkətləri üzərində Vaqif Kərimovun şərəf və ləyaqətini hörmətsizləşdirməklə, kollektivdə və kənd arasında, geniş ictimaiyyətdə onun şəxsiyyətinin mənəvi alçaldılması ilə bu gün ailə üzvülərinin maddi çətinliklərə mübtəla edilməsi Taleh Qaraşov kimi ədalətsiz dövlət məmurunun qanunu pozub, özünümüdafiə üçün “MÜDDƏT BƏHANƏSİ” adı altında prosessual yer saxlamaqla, uzun illərdir ki, Vaqif Kərimovu və onun ailə üzvülərini mənəvi sarsıntılara...və mənəvi əzablara məruz qoyaraq, insan və vətəndaş hüquqlarının pozulması məqsədinə sifarişli görünən məmur xidmətini bu gün bizlərə...,həm də Sizlərə rəsmi göstərirsə...,belə dövlət məmurlarının qanuna zidd hərəkətləri..,birmənalı bağışlanılmaz olub, Azərbaycan Respublikası Konstitusiyasına sayğısızlıq edilməklə, AR-sı Konstitusiyasının 80-cı maddəsinin məlum tələbkarlığında görünən çoxsaylı tələblərin pozulması nəticəsini səlahiyyətli məmur olaraq görüb, buna diqqətsizlik nümayiş etdirməklə, Azərbaycan Respublikası Qanunlarının..,o cümlədən “Dövlət qulluğu haqqında” Qanunun ciddi pozulması nəticəsi olaraq..,dövlətə və dövlətçiliyə qarşı səlahiyyətli bu vəzifəli şəxsin xəyanətkar hərəkətlərini bəlli edib, bu gün insan hüquqlarının pozulması məqsədinə xidmət edən bu dövlət məmurunun bu cür hərəkət (hərəkətsizliyinə) qarşı da, artıq bu gün prosessual müstəvidə ciddi və tələbkar bir mübarizənin qaçılmazlığını da gündəmə gətirməklə, bu məmurun vəzifədən sui-istifadə edərək, hakimiyyət həddi aşılması üzərində korrupsiya hüquq pozuntusuna yer verib, insan hüquqlarının pozulması nətisəsində, ona qarşı cinayət qanunvericiliyinin tələbkarlığı üzərində də prosessual ciddi və əsaslı tədbirlərin görülməsini olduqca zəruri edib, onun qaçılmazlığını prosessual bəyan etmişdir...,desəm heç də yanılmıram...!!!
“Dövlət Qulluğu haqqında” Qanunun 13.2-ci maddəsində göstərilir: “İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin şəxsin başqa ali təhsili olduqda, o, ixtisasını dəyişdirib, iddiasında olduğu inzibati vəzifənin profilini öyrənməlidir.”
Qanunun bu normasında olan bu məlum tələbkarlıq və birmənalı göstəriş inzibatı vəzifə tutmaq iddiasında olan şəxslərə şamil edilirsə...,həmin normanı ciddi pozub, artıq inzibatı vəzifə icra edən,-/2000-ci ilin mart ayından 2003-cü ilə kimi Lənkəran rayon İcra Hakimiyyəti Başçısının Havzava kənd ərazi vahidində icra nümayəndəsinin müavini, mart 2003-cü ildən “kiçik dövlət qulluqçusu” statusunu almış, oktyabr 2003-cü ildən bu təşkilatda baş məsləhətçi-mühasib vəzifəsində işləmiş, iyun 2003-cü ildən 3-cü dərəcəli “Dövlət qulluqçusu” statusu verilmiş, avqust 2012-ci ildən baş məsləhətçi-baş mühasib vəzifəsinə təyinat almış Vaqif Kərimovun 24 sentyabr 2012-ci il tarixli, 162 saylı əmrlə işdən azad olunmasına dair Taleh Qaraşovun ciddi qanun pozuntuları ilə qanunsuz qəbul edilən bu əmrı qüvvədə qala bilməz və ləğv edilməlidir. Çünki, Vaqif Kərimov inzibati vəzifə tutmaq iddiasında olan şəxs deyil...,o, hətta, 2001-ci ilin sentyabr ayının 01-dən qüvvəyə minmiş bu Qanuna qədər artıq inzibatı vəzifə icra edən vəzifəli şəxs kimi görünməklə, sonrakı dövrlərdə müvafiq statuslara malik olmuşdur.
Sabiq səlahiyyətli nümayəndəsi olduğum Vaqif Kərimovun AR-sı Milli Məclisin “Dövlət quruculuğu və hüquq komisiyası”nın sədri Əli Hüseynova 18 dekabr 2012-ci il tarixli yazdığı ərizəsinə Milli Məclisin “Dövlət quruculuğu üzrə Qanunvericilik şöbəsi”nin müdiri Lətif Hüseynovun Vaqif Kərimova ünvanladığı 04 fevral 2013-cü il tarixli, 03/9-7 saylı cavab məktubunda açıqlanmış; “...Diqqətinizə çatdırmaq istəyirəm ki, işdən azad olunmağınız üçün “Dövlət qulluğu haqqında” Qanunun 13.2-ci maddəsinə istinad olunması mübahisəli hesab edilə bilər. Belə ki, həmin maddə də inzibatı vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsilə malik olması tələbi nəzərdə tutulmuşdur. 2012-ci ilin oktyabrında Siz inzibati vəzifə iddiasında olan deyil, inzibatı vəzifə tutan şəxs olmusunuz. Onu da nəzərə almaq lazımdır ki, 13.2-ci maddə 2001-ci il sentyabr 1-dən, yəni “Dövlət qulluğu haqqında” Qanunun qüvvəyə mindiyi vaxtdan əvvəl yaranmış münasibətlərə şamil oluna bilməz. Yuxarıda deyilənləri nəzərə alaraq, işdən azad edilməyinizin qanuna zidd olduğunu guman etmək üçün əsaslar olduğundan məhkəməyə müraciıt etməyiniz tövsiyyə olunur,” məzmunlu bu deyim, səlahiyyətli bu vəzifəli şəxsin də,-/Lətif Hüseynovun/ Taleh Qaraşov kimi vəzifə səlahiyyətindən sui-istifadə edib, hakimiyyət həddini aşan bu dövlət məmuruna rəsmi sənədlə iradlarını açıqlayıb, Vaqif Kərimovun məhkəməyə müraciət etməyini məsləhət görürsə...,bu tələbkarlığa da məhkəmə kürsülərində laqeyid qalıb, qanun pozuntuları üzərində Taleh Qaraşovun müdafiəsində dayanan heç bir hakimə də bu gün o səlahiyyət verilmir ki, məhkəmə baxışında ƏDALƏTLİ MƏHKƏMƏ BAXIŞI HÜQUQUNU pozub, vəzifədən sui-istifadələrə yer verilməklə, Taleh Qaraşov kimi vəzifənin məsuliyyətini dərk etməyən səlahiyyətli dövlət məmurunu müdafiə edib, hakim və məhkəmə müstəqilliklərinin ciddi pozulması nəticəsi olaraq, bu gün məhkəmə hakimiyyətinə olan inamın zəiflədilməsi üzərində..,əlbəttə, Vaqif Kərimovun timsalında insan hüquqlarının pozulmasına prosessual dəstək nümayiş etdirmələri heç bir hakimə baş ucalığı gətirmədiyi kimi...,həm də, onların qanunsuz hərəkətlərinə MÜDAFİƏ HÜQUQUNUN pozulması üzərində gündəmə gətrilən prosessual dəstək ədalətli görünə bilməz....
Belə halda, iddiaçı Vaqıf Kərimovun Lənkəran rayon İcra Hakimiyyətinə qarşı vəzifəli şəxsin, Lənkəran rayon İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşovun qanunsuz hərəkətlərini araşdırıb, məhkəmə qaydasında öyrənilməsini təmin edib, imzaladığı 24 sentyabr 2012-ci il tarixli əmrini ləğv etməklə, işə bərpa, məcburi proqula görə 5124 manat əmək haqqı, ona vurulmuş maddi və məvi ziyanlarla bağlı 10.230 manat pul tələbinə dair məhkəmə aktının çıxarılmasını həyata keçirib, cavabdeh təşkilatın üzərinə müəyyən öhdəliyin,-/məcburedici vəzifənin) qoyulmasını təmin etməklə, ciddi və əhəmiyyətli qanun pozuntusuna yol verdiyinə görə İcra Başçısı Taleh Qaraşovun barəsində tədbir görülməsi (Azərbaycan Respublikasının Prezident Aparatına göndərilməsi) tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün hesab edilməsin”, məntiqsiz və ədalətsiz bir qərardadın Şirvan İnzibati-İqtisadi Məhkməsinin hakimi Zaur Allahyarovun sədrlik etdiyi məhkəmə iclasında sifarili topladığı sübutlar üzərində çıxarılması ədalətli görünə bilmədiyi kimi, qanuni və əsaslı görünə bilməz.
Çünki, Zaur Allahyarov kimi ədalətsiz bu hakim də sifarişli məqsədlərə xidmət edib, icraatında olan işlə bağlı Taleh Qaraşova ünvanlamış olduğu 11 sentyabr 2014-cü il tarixli, 2-1(86)-1312/2014 saylı məktubunun dövlət məmuru Taleh Qaraşov tərəfindən 10 oktyabr 2014-cü il tarixli qanunun həzm edə bilmədiyi məntiqsiz bir cavabın ona göndərilməsilə təşkilatlanmış formada son anda göstəriş məzmunlu fikrin;”Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə zidd olaraq iddia müddətinin keçdiyini nəzərə alaraq, Kərimov Vaqif Xanəli oğlunun iddiasının rədd edilməsini xahiş edirik”, deyib, ilk gündən özünün müdafiəsini təmin etməkdən ötrü təşkili müəyyənləşdirib, bu gün gündəmə gətirdiyi bu xəyanətkar hərəkətinin nəticəsi olaraq bu cür tələbkarlığı məhkəmə kürsüsündə prosessual nümayiş etdirib, Vaqif Kərimovun haqlı olan iddia tələbini bu hakimə prosessual rədd etdirməsi..,sifarişli işlərin məhsulu olub, çoxaylı məhkəmə süründürməçiliyinə meydan yaradaraq, buna ciddi önəm verilmənin prosessual formalaşdırılması ilə bu gün çoxsaylı prosessual ədalətsizliklərin Taleh Qaraşovun maraqları müdafiəsinə yönəldiyini göstərirsə...,belə hakimlərin dairəsi ciddi tələbkarlıqla müəyyənləşdirilib, onların da barəsində tədbir görülməlidir, ən azı ona görə ki, ƏDALƏTLİ MƏHKƏMƏ BAXIŞI HÜQUQUNUN prosessual yox edilməsilə ƏDALƏT MÜHAKİMƏSİNİN MARAQLARINA ciddi zərbə endirilib, sabiq səlahiyyətli nümayəndəsi olduğum VAQİF XANƏLİ oğlu KƏRİMOVUN prosessual müstəvidə MÜDAFİƏ HÜQUQUNUN ciddi pozulması nəticəsində təşkilatçılıqla TALEH QARAŞOV kimi səlahiyyətli dövlət məmurunun qanunsuz hərəkətlərinin müdafiəsində qalınaraq, çoxsaylı qanunların..,o cümlədən “DÖVLƏT QULLUĞU HAQQINDA” Qanunun, məhz “QANUN “ mahiyyəti ədalətsizliklərin qurbanı edilib, səlahiyyətli peşə,-/NÜMAYƏNDƏLİK/ fəaliyyətimin ciddi hörmətsizləşdirilməsilə bu gün Vaqif Kərimovun timsalında insan hüquqlarının növbəti pozulması faktının gündəmə gətrilməsilə səlahiyyətli dövlət məmuru Taleh Qaraşovun korrupsiya hüquq pozuntularına yer verən vəzifədən sui-istifadə hallarının qanunsuz müdafiəsinə edilən bu cür sifarişli xidmətlərlə prosessual açıqlamalar..,hətta, real VƏKİL KÖMƏYİNİN prosessual görüntülərinin görünməməsi nəticəsi olaraq, hüquqlarının daha ciddi pozulması faktını çoxsaylı gündəmə gətirmişdir... Bu, insan hüquqlarına qarşı yönələn və bağışlanılması mümkün olmayan ciddi bir ədalətsizlikdir..!!!
Hörmətli Prezident ! Hörmətli Məhkəmə hakimiyyətinin müstəqilliyinin konstitusion təminatçısı!
Sabiq nümayəndəsi olduğum, bu gün qanuna edilmiş dəyşiklik üzərində nümayəndəsi ola bilmədiyim, lakin çoxsaylı prosessual şikayətlərlə “Qanun və Xidmət” MMC-nin rəhbəri olaraq etdiyim müraciətlər üzrə pozulmuş hüquqlarının prosessual bərpasını tələb etdiyim Vaqif Kərimov barədə yol verilmiş qanun pozuntularının aradan qaldırılmasında səlahiyyətli vəzifəli şəxslərə göstəriş verib, ciddi qanun pozuntularını gündəmə gətirməklə, “Dövlət qulluğu haqqında” Qanunun 13.2-ci maddəsinin tələblərini pozub, 24 sentyabr 2012-ci il tarixli imzaladığı əmrlə insan hüquqlarına qarşı ədalətsizlik və prosessual haqsızlıq nümayiş etdirən Lənkəran rayon İcra Hakimiyyətinin Başçısı TALEH QARAŞOVUN barəsində ciddi və sərt cəza tədbirlərini görəsiniz.
Məmur-hakim özbaşınalıqlarının nəticəsi olaraq, bu gün MÜDAFİƏ HÜQUQUNUN pozulması üzərində çoxsaylı ədalətsiz məhkəmə aktlarının çıxarılaraq, dövlət büdcəsi hesabına vəkilin verilməməsi..,hətta, verilmiş olsa belə, “hakim andı”nın və “VƏKİL ANDI”nən tələbkarlığının pozulması üzərində Taleh Qaraşovun yaratmış olduğu prosessual haqsızlıqların ört-basdır edilməklə, prosessual qapanılmasına dair prosessual edilən ədalətsizliklərlə bağlı onun müdafiəsi barədə Sizlərə mətbuat vasitəsilə növbəti əlavə müraciətimi mətbuat vasitəsi ilə edib, Vaqif Kərimovun pozulmuş hüquqlarının prosessual bərpasında dövlət başçısı olaraq tərəfinizdən göstərilə biləcək yüksək çinli dövlət məmuru xidmətini Sizlərdən rica etməklə, Ümumilli Lider Heydər Əliyevin: “Hamı qanuna tabe olmalıdır, heç kim qanunu pozmamalıdır, heç kəs özü üçün müstəsna hüquq tələb etməməlidir”, fəlsəfi bu tələbkarlıqda prosessual tələbkarlıq edilməsi qanun pozan məmurlardan ciddi tələb edilməklə, həm də, bu gün dövlətin hüquq məkanında Azərbaycan Respublikası Konstitusiyasına sayğısızlıq göstərib, Azərbaycan Respublikası Qanunlarını pozan çoxsaylı hakimlər...və onlara xidmət göstərib, Taleh Qaraşov kimi ədalətsiz məmurun müdafiəsində dayanmaqla, Vaqif Kərimovun qanunla qorunan hüquqlarını,-MÜDAFİƏ HÜQUQUNU pozub, hakimiyyət strukturlarının maraq dairəsinə xidmət edən çoxsaylı vəkillər barədə ciddi tədbirlər görülməsində israrlı olduğumuz növbəti yazıda bir daha Sizə əlavə məlumat verilməklə, əsaslı fikirlərin prosessual sənədlərlə bildirilməsinə önəm verilib, ƏDALƏT MÜHAKİMƏSİNİN QANUNLA QORUNAN MARAQLARINA ciddi hörmətsizlik gətirən, hakim və məhkəmə müstəqilliklərini sifarişli formada prosessual yox edən səlahiyyətli yüksək çinli məmurlar...,o cümlədən çoxsaylı hakimlər barədə ciddi tədbirlər görülməsinin prosessual tələbkarlığı növbəti yazılarda mətbuat vasitəsilə Sizlərə və geniş ictimaiyyətə məlum ediləcəkdir...
İ m z a: Bədirov Xudaşirin Xudaş oğlu
/”Qanun və Xidmət” MMC-nin direktoru/
21 iyul 2020- ci il