Suraxanı Rayon İcra Hakimiyyəti: Siz evdə qalın, biz sizə gələrik!

  • 04.05.2020, 12:13,
  • ---
  • Baxılıb: 351
Suraxanı Rayon İcra Hakimiyyəti: Siz evdə qalın, biz sizə gələrik!
Suraxanı Rayon İcra Hakimiyyəti: Siz evdə qalın, biz sizə gələrik!
Suraxanı Rayon İcra Hakimiyyəti: Siz evdə qalın, biz sizə gələrik!
Suraxanı Rayon İcra Hakimiyyəti: Siz evdə qalın, biz sizə gələrik!
Suraxanı Rayon İcra Hakimiyyəti: Siz evdə qalın, biz sizə gələrik!
Suraxanı Rayon İcra Hakimiyyəti: Siz evdə qalın, biz sizə gələrik!


Bütün Respublika ərazisində olduğu kimi Suraxanı rayonunda da koronovirus (COVİD-19) pandemiyasına qarşı mübarizə çərçivəsində rayon ərazisində Operativ Qərargahın qərarlarının, ciddi karantin rejiminin icra olunması ilə bağlı dezinfeksiya, maarifləndirmə-təbliğat və sosial izolyasiya işləri davam etdirilir.
“PRESSDENT.AZ” xəbər verir ki, virusla mübarizə tədbirləri üç əsas istiqamətdə aparılır:
1) Bütün rayon ərazisində küçələr, binalar, pilləkan qəfəsləri, fəaliyyətinə icazə verilmiş iaşə obyektlərinin ətrafı təlimat və tələblərə uyğun intervallarla təmizlənir və tam dezinfeksiya olunur. Belə ki, açıq ərazilər, yaşayış, qeyri-yaşayış binaları, fəaliyyətinə icazə verilmiş obyektlər, bankomatlar, ödəniş terminalları və s. obyektlər hər gün təmizlənir və müəyyən edilmiş intervallarla dezinfeksiyaedici maddələrlə təmizlənir.
2) əhali arasında maarifləndirmə-təbliğat işləri aparılır, virusla mübarizədə gigiyena qaydalarına riayət olunmasının əhəmiyyəti, Operativ Qərargahın göstərişlərinin vacibliyi izah olunur;
3) pandemiya ilə mübarizədə ən effektiv yol olan sosial izolyasiya barədə məlumat vətəndaşlara verilir. Evdə qalmağın, digər insanlarla minimum kontakt, sosial izolyasiyanın virusla mübarizədə vacibliyi izah olunur.
Genişmiqyaslı tədbirlərin bir hissəsi olaraq Suraxanı Rayon İcra Hakimiyyətinin rəhbərliyi yaşlı, dövlətçiliyimiz inkişafında əvəzsiz rolu olan vətəndaşlara, Böyük Vətən Müharibəsi veteranlarına diqqət-qayğı göstərir, onlara ərzaq yardımlarının göstərilməsi prosesində aktiv iştirak edirlər.
Rayon İcra Hakimiyyətin yardıma ehtiyacı olan yaşlı vətəndaşlara, şəhid ailələrinə, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlara lazımi yardımların göstərilməsi istiqamətində fəaliyyət göstərirlər.
Bütün bu tədbirlər, təbliğat, dezinfeksiya və yardımların göstərilməsi gün ərzində bir neçə dəfə olmaqla həyata keçirilir.
Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan aztəminatlı, yaşlı, kimsəsiz insanlara qayğı göstərilib. Rayonun bütün qəsəbələrində bu qəbildən olan insanlar müəyyənləşdirilib və ilkin olaraq 20 nəfər ahıl vətəndaşa baş çəkilib, onlara ərzaq yardımı göstərilib. Bu işin davamlı xarakter daşıması nəzərdə tutulub.
“PRESSDENT.AZ” xəbər verir ki, Nazirlər kabineti yanında Operativ Qərgahın qəbul etdiyi xüsusi karantin rejiminin müddəalarına rayonda ciddi əməl olunur. Operativ Qərargahın qərarına uyğun olaraq Suraxanı rayonunda bütün park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədi ilə giriş məhdudlaşdırılıb.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, rayonda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəlikərinin, bələdiyyələrin, habelə digər qurumların nümayəndələrindən ibarət 2-3 nəfərlik mobil qruplar yaradılıb.

Rayonda, eyni zamanda genişmiqyaslı dezinfeksiya işləri davam edir. Xüsusi texnikalardan istifadə olunaraq su şırnaqları ilə küçə və məhəllədaxili yollar yuyularaq dezinfeksiya edilir. Çoxmənzilli yaşayış binalarının ətrafında, girişlərində, liftlərdə, pilləkan qəfəslərində, həyətlərdə, qeyri-yaşayış obyektlərində, parklarda və istirahət məkanlarında dezinfeksiya işləri mütəmadi həyata keçirilir.

Qaşəm Sultanov
Pressdent.az xəbər portalını Baş redaktoru
Mədəniyyət