Mövsümün son ev oyunu: "Neftçi" ilə 49-cu duel

  • 05.05.2019, 09:30,
  • Səhiyyə
  • Baxılıb: 212
Mövsümün son ev oyunu: "Neftçi" ilə 49-cu duel



BUGÜN Topaz Premyer Liqasında 27-ci turun oyunları keçiriləcək.

BEŞ.AZ qol.az-a istinadən xəbər verir ki, "Qəbələ" mövsümdə son ev oyununa çıxacaq. "Qırmızı-qaralar" Qəbələ şəhər stadionunda "Neftçi"ni qəbul edəcək. Komanda 49-cu dəfə paytaxt təmsilçisi ilə üz-üzə gələcək. İndiyədək iki komanda ümumilikdə 48 dəfə görüşüb. Hesabında 17 qələbə və 11 heç-heçə olan "Qəbələ" 19 məğlubiyyət alıb. Top fərqində isə üstünlük "qırmızı-qaralar"ın tərəfindədir - 63:61.

Beş dəfə Azərbaycan kubokunda görüşən komandalar Premyer Liqa çərçivəsində 43 dəfə münasibətlərini aydınlaşdırıb. "Qəbələ" 16 dəfə üç, 9 dəfə bir xal qazanıbsa, 18 dəfə qələbə bakılıların olub. 56 qol sevinci yaşayan "qırmızı-qaralar" öz qapısında 55 top görüb.

"Neftçi" ilə 25-ci ev oyununa çıxacaq "Qəbələ" doğma azarkeşlər önündə 8 qələbə qazanıb. 6 heç-heçə və 10 məğlubiyyətin də qeydə alındığı qarşılaşmalarda 63 qol vurulub. Qonaqlar top fərqində minimal üstünlüyə malikdir - 32:31.
Mədəniyyət