Premyer Liqamızda 26-cı tur həyəcanı - Bütün oyunlar eyni gündə

  • 27.04.2019, 10:23,
  • İdman
  • Baxılıb: 195
Premyer Liqamızda 26-cı tur həyəcanı - Bütün oyunlar eyni gündə


Bu gün Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçiriləcək.

BEŞ.AZ qol.az-a istinadən xəbər verir ki, bütün matçlar eyni gündə oynanılacaq.

Əvvəlcə lider "Qarabağ" "Zirə"nin qonağı olacaq. Ağdam klubu liderliyi qorumaq üçün qələbə qazanmağa çalışacaq. Digər oyunda "Sabah" son pillədə yer alan "Keşlə"ni qəbul edəcək.

Bayılda isə "Səbail" "Qəbələ" ilə üz-üzə gələcək. Görüş üçüncü pillənin sahibinin müəyyənləşməsi baxımından həlledici əhəmiyyətə malikdir. Rəqibindən 2 xal geridə olan Sənan Qurbanovun komandası qələbə qazanacağı təqdirdə, "Səbail"i qabaqlayıb 3-cü pilləyə yüksələcək.

Günün son oyununda isə "Neftçi" "Sumqayıt"la qarşılaşacaq. "Ağ-qaralar" "Qarabağ"dan uzaq düşməmək üçün qələbə qazanmağa çalışacaq.

27 aprel

16:30. "Zirə" - "Qarabağ"
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Zirə İdman Kompleksinin stadionu

17:00. "Sabah" - "Keşlə"
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Əli Cəbrayılov, Elçin Məsiyev
"Əlincə Arena"

17:30. "Səbail" - "Qəbələ"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
"ASCO Arena"

19:00. "Neftçi" - "Sumqayıt"
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Rahil Ramazanov, Vüqar Həsənli
"Bakcell Arena"
Mədəniyyət