"Qarabağ" 3 legionerlə vidalaşdı - FOTO

  • 13.05.2019, 19:29,
  • İdman
  • Baxılıb: 390
"Qarabağ" 3 legionerlə vidalaşdı - FOTO


Mövsümü çempion başa vuran "Qarabağ" üç futbolçusu ilə yollarını ayırıb.

Beş.az xəbər verir ki, Ağdam təmsilçisi Reynaldo Silva, İnnosent Emeqara və Yakub Jezniçakla başa çatan müqavilənin müddətini uzatmayıb.

Artıq Ağdam klubu "Facebook"dakı rəsmi səhifəsi vasitəsilə onlara təşəkkürünü bildirib.

Jezniçak 2017-ci ilin yayından Ağdam klubunda çıxış edirdi. Daha əvvəl də "Qarabağ"ın formasını geyinən İnnosent Emeqara ötən mövsümün əvvəlində, Reynaldo isə bu qış Azərbaycana qayıtmışdı.
Mədəniyyət