"Qalatasaray"ı finala yüksəldən qələbə

  • 26.04.2019, 10:58,
  • İdman
  • Baxılıb: 159
"Qalatasaray"ı finala yüksəldən qələbə



Türkiyə kubokunda ikinci finalçı müəyyənləşib.


BEŞ.AZ xəbər verir ki, "Qalatasaray" ilk oyunda 0:0 hesablı heç-geçə etdiyi "Yeni Malatyaspor"un qonağı olub. İstanbul klubu 5:2 hesabı ilə qalib gəlib və finala yüksəlib.

"Qalatasaray" finalda "Akhisar"la qarşılaşacaq. Sivasda keçiriləcək oyun mayın 16-da reallaşacaq.

"Yeni Malatyaspor" - "Qalatasaray" 2:5

Qollar: Daniyel Aleksiç, 45+4 (pen), Arturo Mina, 89 - Martin Linnes, 5, Sofian Fequli, 39, Henri Onyekuru, 58, 74, Kostas Mitroğlu, 83
Mədəniyyət