Azərbaycanda QORXUNC HADİSƏ! 2 nəfər maşının altında qalaraq...

  • 16.05.2019, 13:34,
  • Hadisə
  • Baxılıb: 276
Azərbaycanda QORXUNC HADİSƏ! 2 nəfər maşının altında qalaraq...



Daxili İşlər Nazirliyi dünən baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb.

Beş.az nazirliyə istinadən xəbər verir ki, mayın 15-də saat 5 radələrində Göygöl rayonunun Quşqara kəndi ərazisində Xəqani kənd sakini N.Şahmalıyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən kənd sakini Qərənfil Qədirovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Oxşar hadisə mayın 15-də saat 22 radələrində Şirvan şəhərinin G.Şıxbala küçəsində də baş verib. Şəhər sakini Rauf Yaqubov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən həmyerlisi Nazim Axundovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.
Mədəniyyət